» » Daşkəsəndə Heydər Əliyev Mərkəzində iki gəncin kəbini kəsilib

Daşkəsəndə Heydər Əliyev Mərkəzində iki gəncin kəbini kəsilib

Müəllif: Sevinc Novruzova
//
Tarix: 01 may 2014
//
Bölmə: Mədəniyyət
Daşkəsəndə Heydər Əliyev Mərkəzində iki gəncin kəbini kəsilib


Yeni ailə quranların Heydər Əliyev Mərkəzlərində kəbin kəsdirməsi ənənəsi davam etdirilir. Milli.Az Kəpəz TV-yə istinadən xəbər verir ki, Daşkəsən şəhər sakinləri Sərxan Vəliyev və Aişə İbrahimovanın da nikah mərasimi məhz bu cür keçirilib. Gənclər əvvəlcə Heydər Əliyev Mərkəzində ümummilli liderin abidəsini ziyarət edib, sonra isə muzeydəki foto, sənəd və eksponatlarla tanış olublar.

Daha sonra gənclərin nikahı rayon qeydiyyat şöbəsi tərəfindən rəsmiləşdirilib. Daşkəsən rayon İcra Hakimiyyəti adından bəy və gəlinə qızıl üzük və xalqımızın toy adət-ənənəsinə uyğun olaraq bolluq rəmzi olan samovar hədiyyə edilib. Yeni ailə həyatı quran Sərxan Vəliyev isə nikahlarının Heydər Əliyev Mərkəzində qeydə alınmasının öz arzuları olduğunu bildirib.



QafqazPRESS.az
banner125x125 banner125x125