Könül Xasıyeva evini niyə satıb? – Özü danışdı
Sosial mediada Xalq artisti, tanınmış xanəndə Könül Xasıyevanın Bakıdakı evini satması ilə bağlı xəbər yayılıb.
Sfera.az məsələni dəqiqləşdirmək üçün xanəndə ilə əlaqə saxlayıb.
Sevimli sənətkar evini həqiqətən satdığını desə də yayılan məlumatlarda yanlışlıq olduğunu bildirib:
"Bu xəbəri eşidəndə məyus oldum. Çünki yalnış məlumat verilib. Mən Şəkidəki evimizi satışa çıxarmışdım. Onu da bu ayın 20-də satdım. Oradakı evimizdə nəmişlik var idi. Bu da mənim səhhətimə ciddi təsir göstərirdi. Məhz bu səbəbdən satmağa qərar verdim. Ancaq Bakıdakı evimi satmamışam".
Sənətçi səhhətində müsbət irəliləyişlərin olduğunu da söyləyib.
"Saytınız vasitəsilə bildirmək istəyirəm ki, məni sevənlər narahat olmasın. Səhhətim çox yaxşıdır. Qələbə xəbərlərini eşitdim, bir az da yaxşı oldum. Müalicələrimi də vaxtında etdirirəm. Buna görə də ilk öncə dövlət başçımıza və ailəsinə minnətdaram ki, hər zaman məni diqqətdə saxlayırlar”.
Bənzər xəbərlər:
POPULYAR
SON XƏBƏR
GÜNDƏM
DİGƏR