» » Gənc alim və mütəxəssislərin problemləri müzakirə olundu

Gənc alim və mütəxəssislərin problemləri müzakirə olundu

Müəllif: Sevinc Novruzova
//
Tarix: 03 aprel 2014
//
Bölmə: Mədəniyyət
Gənc alim və mütəxəssislərin problemləri müzakirə olundu




Gənc alim və mütəxəssislərin problemləri müzakirə olundu
AMEA-nın institut və təşkilatlarında monitorinqlər aparan AMEA Gənc alim və mütəxəssislər şurasının üzvlərinin növbəti görüşü Şərqşünaslıq İnstitutunda oldu.
İnstitutun gənc alimləri ilə görüşən Şura üzvləri gənclərin elmi potensialının artırılması, təşəbbüs və təkliflərinin stimullaşdırılması, layihə və proqramların maliyələşdirilməsi məsələləri ətrafında mükazirələr apardılar.
Görüş çərçivəsində institutun Gənc alim və mütəxəssislər şurasının sədri, tarix üzrə fəlsəfə doktoru Sübhan Talıblı elmi müəssisədə çalışan gənclərin fəaliyyətindən söz açdı, burada gənc kadrlara xüsusi önəm verildiyini, institut tərəfindən gənclərin daha geniş miqyasda elmi və elmi-təşkilatı fəaliyyətə cəlb olunması istiqamətində mühüm tədbirlərin həyata keçirildiyini bildirdi.
Şuranın monitorinq qrupunun rəhbəri, kimya üzrə fəlsəfə doktoru Əfsun Sucayev qeyd etdi ki, institut və təşkilatlarda keçirilən monitorinqlərin məqsədi gənclərlə bilavasitə ünsiyyət qurmaq, onların problemlərindən xəbərdar olmaq və təkliflərini dəyərləndirməkdir.
Görüşdə həmçinin, Şuranın daha səmərəli fəaliyyəti üçün institut və təşkilatlarda müasir informasiya texnologiyaları ilə təchiz olunmuş xüsusi otaqların təşkili, xarici elmi ezamiyyətlər və dil təkmilləşdirmə kurslarının təşkili, gənclərin sosial vəziyyətinin yaxşılaşdırılması və s. məsələlər ətrafında müzakirələr aparıldı.
AMEA Gənc alim və mütəxəssislər şurasının sədri, fizika üzrə fəlsəfə doktoru Famin Salmanovun gənclərin problemlərini AMEA rəhbərliyinə çatdırılacağını bildirdi, onların həlli istiqamətində lazımi tədbirlərin görüləcəyini vurğuladı.
Sonra institutun direktoru, professor Gövhər Baxşəliyeva ilə görüş keçirildi. İnstitutda gənc alimlərə daim diqqət göstərildiyini vurğulayan G.Baxşəliyeva şuranın gənc alimlərin problemlərinin həllində mühüm rol oynayacağını qeyd etdi. Gənc alim və mütəxəssislərə gələcək fəaliyyətlərində uğurlar arzulayan institut direktoru təklif və tövsiyələrini də səsləndirdi.




QafqazPRESS.az
banner125x125 banner125x125