» » "Eurovision 2014"də Azərbaycanla bağlı şok iddia

"Eurovision 2014"də Azərbaycanla bağlı şok iddia

Müəllif: Sevinc Novruzova
//
Tarix: 15 may 2014
//
Bölmə: Şou-biznes
"Eurovision 2014"də Azərbaycanla bağlı şok iddia


Münsiflərin səsverməsinə görə, Dilarə Kazımova 8-ci yerə layiq görülmüşdü
Avropa Yayım Birliyi mayın 10-da Danimarkanın Kopenhagen şəhərində baş tutan Eurovision-ın finalında səsvermənin nəticələrini açıqlayıb.

Milli.Az xəbər verir ki, münsiflərin və tamaşaçıların verdiyi xallar ayrı-ayrılıqda göstərilib ki, bu da rəylərdə olan fərqi görməyə və yekun nəticələrin hesablanma məntiqini şübhə altına qoymağa imkan verir.

37 ölkənin hörmətli peşəkar münsifləri Azərbaycan təmsilçisini Dilarə Kazımovanı çox yüksək dəyərləndirib və onu 8-ci yerə layiq görüb, nəticədə isə o, 22-ci yeri tutdu. Eurovision 2014-də həqiqətdə nə baş verib?

Dilarənin mahnısı "Start a Fire" müsabiqə başlamamışdan əvvəl jurnalistlər, fanlar və bukmeykerlər tərəfindən yaxşı qarşılanmışdı. Finala qədər Dilarə və onun kompozisiyası bukmeykerlərin proqnozlarına görə, TOP-12-də, Eurovision saytlarına əsasən isə TOP-5-də yer alırdı.

Finalda isə Azərbaycan son dərəcə uğursuz üçüncü nömrə altında çıxış edirdi və görünür ki, bu sesverməyə öz təsirini göstərdi. 2013-cü ildən ifaçıların çıxış etmə nömrəsini yerli müsabiqə təşkilatçıları müəyyan edir, halbuki, hələ Bakıda keçirilən Eurovision 2012-də təmsilçilər püşk atma ilə finaldakı çıxış nömrəsini və öz aqibətlərini müəyyən edirdilər.

Münsiflər Dilarəni layiqli 8-ci yerdə qərarlaşdırdılar, lakin tamaşaçılar onu 21-ci yerə qoydular. Sonra isə inanılmaz bir şey baş verdi – münsiflərdən 8-ci, tamaşaçılardan isə 21-ci yerə layiq görülmüş Dilarə Kazımova nəyəsə görə 22-ci yerdə oldu. Bununla yanaşı, 21-ci yerdə Dilarə qədər xal toplayan İtaliya təmsilçisi qərarlaşıb.

Azərbaycan yeni sistemin tətbiqindən zərər görən yeganə dövlət deyil. Belə ki, Polşa təmsilçiləri Donatan & Cleo Böyük Britaniya tamaşaçıları tərəfindən birinci yerə layiq görülmüşdü, münsiflər isə onu axırıncı yerdə gördülər. Nəticədə isə, yeni qaydalara uyğun olaraq, Polşa Böyük Britaniyadan bircə dənə də olsun xal görmədi. Belə çıxır ki, tamaşaçıların rəyinə laqeyd yanaşıldı.

Başqa bir anlaşmazlıq Norveçlə bağlı oldu. Bu ölkənin təmsilçisi tamaşaçıların səsverməsinə görə 17-ci yerdə, münsiflərin verdiyi xallara əsasən isə 9-cu yerdə, Dilarə Kazımovadan bir pillə aşağıda qərarlaşmışdı. Yekun cədvəlda o, 8-ci yerdə oldu.

Eurovision finalında səsvermənin yekun cədvəli – TOP-10

№ Münsiflərin səsverməsi Tamaşaçıların səsverməsi Finalın yekun nəticəsi

1 Avstriya – 224 xal Avstriya – 311 xal Avstriya – 290 xal
2 Niderland – 203 xal Niderland – 222 xal Niderland – 238 xal
3 İsveç – 201 xal Ermənistan – 193 xal İsveç – 218 xal
4 Macarıstan – 138 xal İsveç – 190 xal Ermənistan – 174 xal
5 Ermənistan – 125 xal Polşa – 162 xal Macarıstan – 143 xal
6 Malta – 119 xal Rusiya – 132 xal Ukrayna – 113 xal
7 Finlandiya – 114 xal İsveçrə – 114 xal Rusiya – 89 xal
8 Azərbaycan – 108 xal Ukrayna – 112 xal Norveç – 88 xal
9 Norveç – 102 xal Rumıniya – 103 xal Danimarka – 74 xal
10 Danimarka – 85 xal Macarıstan – 98 xal İspanya – 74 xal
Azərbaycan – 26 xal Azərbaycan – 33 xal


QafqazPRESS.az
banner125x125 banner125x125