» » Əmisi nazir, atası deputat... - Polis Aynara "bata" bilməz?

Əmisi nazir, atası deputat... - Polis Aynara "bata" bilməz?

Müəllif: Sevinc Novruzova
//
Tarix: 15 may 2014
//
Bölmə: Sosial
Əmisi nazir, atası deputat... - Polis Aynara "bata" bilməz?



“Yeni Müsavat” qəzetinin əməkdaşı Fərahim İlqaroğlunun döyülməsində sifarişçi kimi adı hallanan Tural Bayramov həbs olunasa da, məsələnin arxasında məhz onun dayandığına kimsə inanmır.

Bu adamın əslində başqalarının iradəsilə hərəkət etməsi heç kəsdə şübhə doğurmur. “Başqaları”nın kimliyi də məlumdur: nəqliyyat naziri Ziya Məmmədovun qardaşı oğlu, deputat Elton Məmmədovun oğlu və onun yaxın ətrafı. Necə deyərlər, bütün yollar Romaya aparır... Jurnalsitin döyülməsinin təşkilatçısı xüsusunda mülahizələr və müşahidələrin istiqaməti də bilavasitə məmmədovlar ailəsinə yönəlir. Artıq iki gündür ki, mətbuat Ziya Məmmədovun qardaşı oğlunun tututlub-tutulmayacağı barədə suallara cavab axtarır... Hələ də bilimir, tutulacaq, ya yox.
Polisin mövqeyini sezmək çətin deyil... Hüquq mühafizə orqanları bu ərköyün oğlanı – Aynar Məmmədovu məsuliyyətə cəlb etməyə hazır görünür. Əldə olunan məlumatlara və müşahidələrə əsaslandıqda Aynar Məmmədovun məsuliyyətə cəlb oluna biləcəyi mümkün görünür. Lakin nəzərədən o da qaçırılmamalıdır ki, bu cavan və şən oğlan hələ ki, ciddi təsir rıçaqlarını özündə saxlayan nəqliyyat nazirinin qardaşı oğludur, üstəlik atası da deputatdır... Taleyin Aynar Məmmədova bəxş etdiyi bu üstünlük onun jurnalistin döyülməsi cinayətinə görə cavab verməyəcəyi ehtimalını istisna etmir. Bu gün çoxları onun arxasının möhkəm olması faktına görə qanunun işə yarayacağına inanmır və yavaş-yavaş qənaətini möhkəmləndirir ki, qanunun qarşısında hamının eyni bərabərdə olması barədə deyilənlər, məsələn, BMT-nin Azərbaycanın işğal olunmuş torpaqları ilə bağlı qəbul etdiyi qətnamələr kimi boş və mənasızdır... Kaş ki, belə olmaya... Kaş ki, polis Aynar Məmmədova başa sala bilə ki, arxasında kimin durmasından asılı olmayaraq hamı əməlinə görə cavab verməlidir. O cümlədən də o! Kaş ki, kimsə Aynar Məmmədovu inandıra bilə ki, onun bu gün zənginliyinə görə başqalarından seçilməsi özünün bacarıq və qabiliyyətində irəli gəlmir... Əmisi nazirdir, ona görə bahalı maşınlar sürür, atası deputatdır, ona görə bahalı paltarlar geyinir.... Və ona görə bir jurnalistə qarşı belə aqressiv davranır. Demirik ki, döydürür... Beləsini buraxasan taleyin ümidinə, əmisindən, atasından ayırıb deyəsən ki, get yaşa... Təsəvvür edirisini ki, hansı aqibətlə üzləşər?..

Qərəz, Ziya Məmmədovun qardaşı oğlunu məsuliyyətdən uzaq saxlayacağı daha çox ağla batır. Polisə təsir etməyə çalışacaq! İmkan verməyəcək ki, Aynarın jurnalistin döyülməsi hadisəsində iştirakının HARA QƏDƏR olduğu aydınlaşdırılsın. Elton Məmmədov imkan verməz ki, sevimli balasına kimsə güldən ağır söz desin. Papasınn gül balası yetənə yetməli, yetməyənə də daş atmalıdır... Bu misalı Aynara görə çəkmədik. Onun daş atmaqla işi olmaz. Aynar yaxşı maşın sürür... Jurnalisiti döydürüb-döydürmədiyini isə polis araşdırmalıdır, biz balaca adamlarıq...




QafqazPRESS.az
banner125x125 banner125x125