» » Məşhur aktrisa: "Hətta alt paltarımı da çıxarmadım"

Məşhur aktrisa: "Hətta alt paltarımı da çıxarmadım"

Müəllif: Sevinc Novruzova
//
Tarix: 04 aprel 2014
//
Bölmə: Şou-biznes
Məşhur aktrisa: "Hətta alt paltarımı da çıxarmadım"


Ötən ilin ən qalmaqallı filmi, seks səhnələrinə görə bəzi ölkələrdə yasaqlanan Lars fon Trierin “Nimfoman” dramı oldu.

Milli.Az Kulis.az-a istinadən bildirir ki, filmin əsas rollardan birinin ifaçısı, Kannda ən yaxşı aktrisa mükafatını almış Şarlotta Gensburq filmdəki rolundan danışıb.

- Siz ilk aktrisasız ki, Trierin ardıcıl üç filmində oynamısız. Buna necə nail olduz?

- Özüm də bilmirəm. Amma fəxr edirəm. İlk dəfə o, mənə “Antixrist”də oynamağı təklif edəndə əmin idim ki, bu, zarafatdır. Həm də Lars özünü elə aparırdı ki, sanki mən onun qətiyyən xoşuna gəlmirəm və ümumiyyətlə, onu maraqlandırmıram. “Melanxoliya”da daha asan oldu və mən özüm də onunla yenidən çəkiliş meydanında görüşməyə can atırdım. Kannda dedi ki, mənimlə pornofilm çəkmək istəyir. Şübhə eləmirdim ki, o, sadəcə məni ələ salır. Nə deyim? Taleyimə minnətdaram. Hərçənd, qorxuram ki, o, məni daha filmlərinə çağırmasın.

- Üçüncü filmdə daha asan oldu?

- Asan? Siz zarafat edirsiz? Larsla heç vaxt asan olmur. Əlbəttə, mən qəhrəmanım Conun gənclik illərini oynamış Steysi Martinə minnətdaram. Çünki bu murdar işin bir hissəsini o öz üzərinə götürmüşdü. Hətta çəkilişlərin qızğın vaxtında meydana da gəldim. Amma yenə də əziyyət çəkməli oldum. Əlbəttə ki, heç nə isterikanı, panik tutmalarını oynadığım “Antixrist”lə müqayisə oluna bilməz. Amma “Nimfoman”da çoxlu danışmaq lazım gəldi.

- Məgər bu, panik tutmaları və isterikanı oynamaqdan daha çətindir?

- Siz bu qədər mətni öyrənməyə cəhd edin. Elə bildim ki, məni yenidən məktəbə geri yollayıblar. Biz Stellan Skarsqordla (Seliqman rolunun ifaçısı) iki həftə dayanmadan danışdıq. Hələ də anlamıram ki, beynim necə tab gətirdi.

- Amma bunun sayəsində siz Trierin fikrini daha yaxşı anladınız.

- Filmin yalnız bir hissəsi seksdəndir. O həm də ümidsizlik haqdadır. Sizə elə gəlmir? İnsanın ehtiras başlanğıcı filmdə düzgün və kobud göstərilib. Bir də film özüylə barışan qadın haqdadır. Ssenarini oxuyanda heyrətlənmişdim. Mənə elə gəldi ki, nimfoman xoşbəxt olmalıdır: çoxlu seks, partnyorlar və həzz. Demə, yanılmışam. Lars mənə gerçək nimfomanlarla görüşündən danışdı: ağrı, əzab. Onların hiss etdikləri budur.

- Belə çıxır ki, Trierlə zövqlü iş prosesinin də haqqı ödənilməlidir.

- Yalan deməyəcəm, Trierin filmlərində çəkilmək ağır işdir. Amma ümumiyyətlə, onunla iş təcrübəsində yalnız üstünlük görürəm. Onunla işləmək heyrətamizdir və iş prosesindəki intensivlik heç nə ilə müqayisə edilməzdir. Mən prosesdən də, nəticədən də razıyam.

- Siz qəhrəmanınıza bənzəyirsiz?

- Yox. Bu, Larsın gizli tərəfinin avtoportretidir. Eynilə Skarsqordun Seliqmanı da Trierin başqa tərəfinin ifadəsidir. Mənə Conun nə sinizmi, nə günah konsepsiyasına münasibəti xas deyil. Mən mizantrop deyiləm, insanları sevirəm.

- Bəs pornoqrafiyanı sevirsiz?

- Çox. 16 yaşımdan baxıram. Amma bu haqda danışmayaq, hər halda şəxsidir.

- Trier sizə porno göstərdi?

- Bu haqda söhbət belə olmadı. Metaforik desək, o, səni ən qaranlıq, gizli yerlərə aparır. Bu, həm qorxuludur, həm də gözəl.

- Yəni texniki yox, yalnız psixoloji çətinliklər var.

- Ən böyük texniki problem içindəki aktrisanı öldürməkdir. Qalanı zövqdür.

- Seksual səhnələr də?

- Bu, iş prosesinin bir hissəsidir, seks gündəlik həyatın bir hissəsi olduğu kimi. Mən riskli kinoda çəkilməyi sevirəm. Amma kimi isə təhrik etmək məqsədim olmayıb. Sırf texniki baxımdan Lars hər şeyi elədi ki, aktyorlar real seks səhnələrinin çəkilişlərinə qatılmasınlar. Hətta alt paltarını belə çıxarmamışıq. Hər şey postprodakşn (film çəkildikdən sonra onun montajı, səslənməsi, rəng korreksiyası və s.) zamanı dublyorlarla edildi.

- Yəni tam komfort.

- Təbii ki, belə deyil. Xoş olmayan təhqiramiz nələrsə vardı. Amma Larsı məhdudlaşdırmaq belə mənasızdır. Qaydaları o müəyyən edir, biz isə tabe oluruq. Bir şeyi bilirəm ki, o, bütün aktyorlara hörmət edir, həmçinin porno aktyorlara da. Filmin tam hazır versiyasına baxanda narahatlıq hiss elədim. Conun orqazm olduğu səhnədə biz onun cinsi orqanını görürük və anlayırsan ki, o mənim yox, başqasınındır. Qəribə hissdir. İllər keçəcək, “Nimfoman”a tamam başqa adamlar baxacaq, mənə vacibdir ki, onlar bilsinlər ki, çəkilişlərdə mən sekslə məşğul olmamışam. Çünki tam versiyada hər şey gerçək kimi görünür.



QafqazPRESS.az
banner125x125 banner125x125