Elza Seyidcahan canlı yayımda aparıcı ilə burun-buruna gəldi
ATV-də yayımlanan "Azərbaycanın səsi" verilişində xoşagəlməz hal yaşanıb
Milli.Az axşam.az-a istinadən xəbər verir ki, aparıcı Günay Firudinqızının yarışda münsif kürsüsündə əyləşən əməkdar artist Elza Seyidcahanı "Elza" deyə təqdim etməsi qarşı tərəfi özündən çıxarıb. E.Seyidcahan səhnəyə gələrək etirazını bildirib və ona “əməkdar artist” deyilməsini tələb edib:
"Sən Günay xanımsansa, mən də Elza Seyidcahan - əməkdar artistəm. Mənə bu adı dövlət verib. Məni o cür təqdim edin. “Elza” deyəndə məni qaldırıb, özünü salırsan. Siz bizə ad-soyadla müraciət etməyin. Bizdən tərbiyə alanlar səhvlərə yol verməsinlər. Kobudluq eləmirəm, Günay sənətimi dəyərləndirən biri olub. Ad xəstəsi də deyiləm. Tamaşaçılar baxırlar. O boyda Nərgiz Cəlilova insanları qazandığı adla çağırır".
E.Seyidcahana: "Qəribədir, siz hər dəfə yarışma başlayanda belə edirsiniz. 14-15 ildir bu sahədəyəm, təcrübəm var. Bu vaxta qədər hər zaman verilişlərimdə sizə “Elza” və “Elza Seyidcahan” deyə müraciət etmişəm. Etiraz bildirməmisiniz. İndi bunu şou xatirinə edirsiniz. Sizin bu hərəkətinizi mənfi qiymətləndirirəm", - deyən Günay müğənninin mikrofonunun söndürülməsini tələb edib:
"Bu, yarışdır. Şəxsi prinsipləri müzakirə etməyək. Proqramdan sonra danışarıq".
Daha sonra əməkdar artist: "Gün o gün olsun, sənə də əməkdar jurnalist adı versinlər. Mən də səni o cür təqdim edim. Bu titulu əziyyət çəkib qazanmışam, ona görə də belə çağırılmağımı istəyirəm", - deyib.
QafqazPRESS.az
Bənzər xəbərlər:
POPULYAR
SON XƏBƏR
GÜNDƏM
DİGƏR