» » Anar sədrliyə namizədliyini elan etdi

Anar sədrliyə namizədliyini elan etdi

Müəllif: Sevinc Novruzova
//
Tarix: 13 iyun 2014
//
Bölmə: Mədəniyyət
Anar sədrliyə namizədliyini elan etdi



Yazıçı Anar Azərbaycan Yazıçılar Birliyinin sədri postunda qalmaq niyyətini açıqlayıb.

“Media forum” saytı xəbər verir ki, Anar bunu “525-ci qəzet”in 13 iyun sayında dərc etdirdiyi yazısında elan edib.

“XII qurultayımız” adlı yazısında Anar bildirib: “Məndən tez-tez soruşurdular ki, bu qurultayda sədrliyə namizəd olacammı? Vaxtından qabaq bu məsələdə lüzumsuz ajiotaj yaratmamaq üçün qərarımı qurultay ərəfəsində verəcəm, deyirdim. İndi qurultay ərəfəsində bildirirəm ki, qurultay nümayəndələri mənə etimad göstərib sədr seçsələr, bu çətin və şərəfli vəzifəni bütün məsuliyyətimlə daşımağa hazıram”.

İyunun 17-si Bakıda, Akademik Milli Dram Teatrında Azərbaycan Yazıçılar Birliyinin XII qurultayı keçiriləcək. Qurultayda sədr seçkisi də olacaq. Yazıçı Anar 1987-ci ildən Azərbaycan Yazıçılar İttifaqının sədridir.

“Media forum” saytı bildirir ki, Azərbaycan Yazıçılar İttifaqı 80 il əvvəl – 1934-cü il iyunun 13-də Bakıda yaradılıb. Quruma müxtəlif illərdə Məmmədkazım Ələkbərli, Seyfulla Şamilov, Səməd Vurğun, Rəsul Rza, Süleyman Rəhimov, Mehdi Hüseyn, Mirzə İbrahimov, İmran Qasımov, İsmayıl Şıxlı rəhbərlik edib.




QafqazPRESS.az
banner125x125 banner125x125