» » Bir şəklin tarixçəsi: Azadlıq Meydanındakı cərgədə qaradinməz Anar

Bir şəklin tarixçəsi: Azadlıq Meydanındakı cərgədə qaradinməz Anar

Müəllif: Sevinc Novruzova
//
Tarix: 25 aprel 2014
//
Bölmə: Ədəbiyyat
Bir şəklin tarixçəsi: Azadlıq Meydanındakı cərgədə qaradinməz Anar



Modern.az saytında “Bir şəklin tarixçəsi” rubrikasında təqdim etdiyimiz bu nadir foto 1988-ci ildə indi Azadlıq Meydanı adlanan məkanda çəkilib. O zamanlar hələ ərazisində yerləşən abidə ilə birgə Leninin adını daşıyan həmin məkanda tanınmış Azərbaycan ziyalılarının görünməyi təbii idi. Ölkənin bütün düşünən və vətənpərvər övladları Qarabağ düyününün çözümü üçün Meydana axışan kütləylə birlik nümayiş etdirirdi.

Bu fotoşəkildə onların bəzilərini görüb tanımaq mümkündür: tarixçi Ziya Büyadov, yazıçı İsmayıl Şıxlı... bir də Anar.
Cərgədən azca aralı oturmuş Yazıçılar Birliyinin sədri düşüncəlidir, hətta ətrafa bir qədər qıyqac baxır. Görən o zaman o nə haqda düşürdü? Kimləri fikirlərinin hədəfinə almışdı? Yanındakı ziyalıların söylədiyi çözüm təkliflərini tam dəstəkləyirdimi?
“Nobel mükafatını almaq üçün bədii meyarlardan başqa siyasi meyarlar da var. Bundan başqa, dissident olmağın da Nobel mükafatı almaqda böyük rolu ola bilər. Fərz edək, hər hansı Azərbaycan yazıçısı yazıb ki, gərək Qarabağı verək ermənilərə. Onda onun Nobel mükafatı almağa şansı ola bilər. Ancaq bunu kim edər? On dənə Nobel mükafatı qurban olsun Qarabağın bir kəndinə”, – tünd geyimi ilə fotodakı hər kəsdən fərqlənən xalq yazıçısı Anar indi belə deyir...


QafqazPRESS.az
banner125x125 banner125x125