» » Xanım İsmayılqızı dünyasını dəyişən oğluna şeir yazdı

Xanım İsmayılqızı dünyasını dəyişən oğluna şeir yazdı

Müəllif: Sevinc Novruzova
//
Tarix: 08 iyul 2014
//
Bölmə: Mədəniyyət
Xanım İsmayılqızı dünyasını dəyişən oğluna şeir yazdı




Azərbaycan Yazıçılar Birliyinin üzvü, şairə, mahnı bəstəcisi Xanım İsmayılqızı oğlu Fəridin ölümündən sonra düşüncələrini sosial şəbəkədə bölüşüb.
Gecce.az lent.az-a istinadən xəbər verir ki,X.İsmayılqızı “Facebook” səhifəsində bu sözləri yazıb: “Şeirlərimi, nəğmələrimi bölüşə-bölüşə sizlərə necə doğmalaşdığımı anladım. Neçə gündü dərdimin içindəyəm. Bu günlərimi mənimlə bölüşərək, yanımda olduğunuza görə, hər birinizə minnətdaram. Kaş ki... Bütün yazılanları oxudum. Gecənin üzünü sizin dualarınızla örtürəm. Çox sağ olun”.

Şairə dünyasını dəyişmiş oğluna şeir də həsr edib:

“Oğlum”

Susuzluqdan yanıram,
Ovcunda su ver içim.
O suya bir az ürəyini qoy,
Bir az hərarətini çilə,
İçim, dirilim damla-damla,
Gilə-gilə...
Sönsün quraqlıq odum,
Qurtum-qurtum doğulum....
OĞLUM...

Qeyd edək ki, xanım şairənin oğlu Fərid qəflətən ürək tutmasından dünyasını dəyişib.


QafqazPRESS.az
banner125x125 banner125x125