» » Sevgi şairəsindən yeni kitab: “Könlümə sən düşən kimi”

Sevgi şairəsindən yeni kitab: “Könlümə sən düşən kimi”

Müəllif: Sevinc Novruzova
//
Tarix: 02 may 2014
//
Bölmə: Ədəbiyyat
Sevgi şairəsindən yeni kitab: “Könlümə sən düşən kimi”


Azərbaycan Yazıçılar Birliyində “Sevgi şairəsi” Mahirə Əliyevanın “Kӧnlümə sən düşən kimi...” kitabının təqdimat mərasimi keçirilib.

Təqdimat mərasimində şairə xanımın qələm dostları, elm adamları, jurnalistlər və yaxınları iştirak ediblər.

“Xocalı Soyqrımı” ictimai birliyinin sədri, yazar Şamil Sabiroğlu, AYB-nin mətbuat katibi Xəyal Rza, tanınmış satirik şair və jurnalist Heydər Oğuz, “Türküstan” qəzetinin baş redaktoru Aqil Camal, şair Eldar Səfa və İsmayıl Şıxlı nəslinin nümayəndəsi, tanınmış şairə xanım AYB üzvü Afaq Şıxlı, şairələr Xalidə Xalid, Fərqanə Mehdiyeva və digərləri çıxış edərək müəllifi yeni kitabının işıq üzü görməsi münasibətilə təbrik ediblər.

Çıxışlarda M. Əliyevanını yaradıcılığında əsasən lirik mövzuların yer aldığı qeyd olunub və onun poetik düşüncələri yüksək qiymətləndirilib.

Sevgi şairəsi Mahirə Əliyeva çıxış edərək tədbirdə iştirak edənlərə təşəkkürünü bildirib. Şairə ilk şerini atasının vəfatından sonra 9 yaşında yazdığını, daha sonra isə bir müddət şeiriyyatdan kənar düşdüyündən danışıb. M. Əliyeva 2000- ci ildən yenidən yaradıcılığını davam etdirdiyini məclis iştirakçılarının diqqətinə çatdırıb.

Tədbirin sonunda yeni işıq üzü gorən “Kӧnlümə sən düşən kimi...” kitabı iştirakçılara ərməğan edilib.

Xatırladaq ki, Mahirə Əliyevanın indiyədək “Sevgi Yarpaqları”, “Sevgi Yarpaqları-II ” və “Damla” kitabları işıq üzü gorüb.

Qeyd edək ki, “Kӧnlümə sən düşən kimi...” kitabına on sozü tənqidçi, filologiya elmləri doktoru Vaqif Yusifli yazıb.



QafqazPRESS.az
banner125x125 banner125x125