» » Övladını itirən azərbaycanlı jurnalistin fəryadı: "Kaş Allah mənə bir də qız nəsib etməsin"

Övladını itirən azərbaycanlı jurnalistin fəryadı: "Kaş Allah mənə bir də qız nəsib etməsin"

Müəllif: Sevinc Novruzova
//
Tarix: 08 avqust 2014
//
Bölmə: Mədəniyyət
Övladını itirən azərbaycanlı jurnalistin fəryadı: "Kaş Allah mənə bir də qız nəsib etməsin"



“Qızım, sən oradan yıxılanda hansı qorxu hissi keçirmisən? Necə qorxmusan? Nə düşünmüsən? Kimdən kömək istəmisən? Necə qışqırmısan? Qızım, bu suallar məni ömür boyu dinc buraxmayacaq. Bu suallara cavab tapa bilmirəm. Kaş Allah mənə bir də qız nəsib etməsin. Səni heç kim əvəz etməyəcək. Sənsiz hec kiməm. Sən həyatımda ilk yanar çıraq oldun. Bu yükü qaldıra bilməyəcəm. Ailəmizə ilk nuru sən saçdin. Sənsizlik yükünü qaldıra bilməyəcəm, Cavidan".

Modern.az-ın məlumatına görə, bu ürəkparçalayan sözlər 6-cı mərtəbədən yıxılaraq dünyasını dəyişən 5 yaşlı Cavidanın atası, "Şərq" qəzetinin redaktoru Anar Bayramoğluna məxsusudur.

Mərhum körpənin atasının yanğısını əmisi Ayyət Əhməd Facebook səhifəsində yazıb.

Cavidanla körpəlik şəklini paylaşan A.Əhməd qardaşının içacıdan və dözülməz dərdinə şərik çıxdığını bildirib:

"Allah Cavidan qızımıza rəhmət eləsin. Yeri behişt olsun. Dünyaya mələk kimi gəldi, mələk kimi də getdi. Anarın belə ah-nalə və fəryadını eşitmək çox üzücüdür. Ağırdır. İnsallah, Cavidan cənnətdədir. Bir əmi kimi bu faciə məni çox sarsıtdı. Ürəyimə dağ basdı, qəlbimi paramparça etdi. Həmin gün çox dəhşətli və acınacaqlı mənzərə idi. Allah dözüm, səbr versin qardaşıma, başımız sağ olsun”.

Xatırladaq ki, "Şərq" qəzetinin redaktoru Anar Bayramoğlunun ailəsindəki faciə avqustun 5-də baş verib. Jurnalistin 5 yaşlı qızı Cavidan ailənin yaşadığı Abşeron Gənclər Şəhərciyindəki binanın 6-cı mərtəbəsində mətbəxin açıq pəncərəsindən yıxılıb. Uşaq aldığı xəsarətlərdən dünyasını dəyişib.

Həmkarımıza səbr diləyirik.



QafqazPRESS.az
banner125x125 banner125x125