» » “Xalq teatrı” yeni kollektivlə Əhməd Orucoğlunun “Qaynana əməliyyatı” komediyasını səhnələşdirib

“Xalq teatrı” yeni kollektivlə Əhməd Orucoğlunun “Qaynana əməliyyatı” komediyasını səhnələşdirib

Müəllif: Sevinc Novruzova
//
Tarix: 17 iyun 2016
//
Bölmə: Mədəniyyət
“Xalq teatrı” yeni kollektivlə Əhməd Orucoğlunun “Qaynana əməliyyatı” komediyasını səhnələşdirib







Sumqayıt şəhər “28 May” Diyarşünaslıq evinin nəzdində fəaliyyət göstərən “Xalq teatrı” 16 illik fasilədən sonra yenidən fəaliyyətini bərpa edib. “Xalq teatrı” yeni kollektivlə Əhməd Orucoğlunun “Qaynana əməliyyatı” komediyasını səhnələşdirib. Məzmuna görə uzun müddət qayğısız qalan qayınana kürəkən və qızlarının başına oyun gətirmək və onlara dərs vermək qərarına gəlir. Lakin bu oyun hamıya çox baha başa gəlir. Əsasən gənclərdən ibarət olan heyət tamaşada yüksək aktyor qabiliyyəti nümayiş etdirib.
Gənclərin bu bacarıq və istedadlı oyun qabiliyyəti tamaşaçılar tərəfindən alqışlarla qarşılanıb. Sumqayıt şəhər Mədəniyyət və Turizm idarəsinin rəisi Mehman Şükürov tamaşaya baxıb və gəncləri bu uğur münasibəti ilə təbrik edib: “Siz səhnənin qaranquşlarısınız, 16 illik fasilədən sonra bunu bacardınız”. İdarə rəisi belə bir tamaşanın ərsəyə gəlməsində “28 May” Diyarşünaslıq evinin direktoru Vüsal Yaqublu başda olmaqla əməyi olanlara təşəkkür edib. O, qeyd edib ki, professional teatrların əziyyət çəkdiyi bir vaxtda belə bir kollektivin tamaşası yüksək qiymətə layiqdir: “Burada səhv axtarmaq lazım deyil, əksinə hərtərəfli dəstək vermək lazımdır ki, bu fəaliyyət davam etsin”. Gənclərə hər zaman dəstək olacağını və əlindən gələn köməyi əsirgəməyəcəyini bildirən Mehman Şükürov onlara fəaliyyətlərində uğurlar arzulayıb, xoş arzularını çatdırıb.
Xatırladaq ki, “Xalq teatrı” 1975-ci ildə “Tənqid-təbliğ teatrı” adı ilə fəaliyyətə başlayıb. 1976-cı ildə səhnələşdirilən A.Mehdiyevin “Belə-belə işlər”, “Uşağa bir üç yazın”, 1980-ci ildə S.Rəhmanın “Güzgü” satirik tamaşaları böyük maraqla qarşılanıb. 1981-ci ildə “Xalq teatrı” adı ilə fəaliyyətinə davam edib. 1990-cı ildə B.Vahabzadənin “Atılmışlar” əsəri ilə fəaliyyətinə davam edən “Xalq teatrı” 2000-ci ildə M.Şabanovanın “Azərbaycan dünyam mənim” kompozisiyası ilə fəaliyyətini dayandırıb.
banner125x125 banner125x125