“Rənglərin rəqsi” adlı sərgi keçirilib
Sumqayıt Dövlət Rəsm Qalereyasında Sumqayıt şəhər Mədəniyyət və Turizm idarəsinin, “Böyükdüzlü ART” Həvəskar Rəssamlar Birliyinin dəstəyi ilə “Rənglərin rəqsi” adlı sərgi keçirilib.
Sərgidə rəssamlar Şəmsəddin Böyükdüzlü, Nuranə Əliyeva,Ülviyyə Abdullayeva, Amaliya Musayeva, Nərgiz Vəliyeva, Nərmin Axundova, Seymur Gözəlov, Nisə Məmmədova, Aytac Cəfərli, Zemfira Sadıqova, Gülər Hüseynova, Pərviz Mahmudov, Ləman Həsənpaşazadə, Gülnarə Heydərova, Asya Seyidova, Mehin Məmmədova, Fuad Qəmbərov, Aidə Eldarova, Səftər Məmmədov, Şərifə Vəliyeva, Günay Məmmədli, Ahmet Kaya,Türkan Əliyevanın 25 rəsm əsəri nümayiş olunub.
26 iyun Silahlı Qüvvələr gününə həsr edilmiş tədbiri giriş sözü ilə Sumqayıt Dövlət Rəsm Qalereyasının direktoru Ellada Həsənova açaraq bildirib ki, sərginin bu tarixdə keçirilməsi heç də təsadüfi deyil. Biz rəsm qalereyası olaraq belə bir tarixi əhəmiyyətli gündən yan keçə bilməzdik. Əsgər və zabitlərimizə dəyər vermək, onların vətənimiz və millətimiz üçün çəkdiyi əziyyətləri qiymətləndirmək hər birimizin borcudur. Təsadüfi deyil ki, bu gün sərgidə nümayiş olunan əsərlərin əksəriyyəti vətənpərvər ruhda çəkilib.
Rəssamları təbrik edən Ellada Həsənova onlara xoş arzularını çatdırıb.
Sərgidə çıxış edən “Böyükdüzlü ART” Həvəskar Rəssamlar Birliyinin sədri Şəmsəddin Böyükdüzlü diqqəti rəsm əsərlərinin mövzusuna və düzülüşünə çəkərək bildirib ki, Azərbaycan bayrağının rənglərini özündə ehtiva edən əsərlərdə Azərbaycanın bu müharibədən qalib çıxacağına əminlik ifadə olunub.
Daha sonra müəlliflər Sumqayıt şəhər Mədəniyyət və Turizm idarəsi tərəfindən fəxri fərmanla təltif olunublar.
Sərgidə rəssamların nümayiş etdirdiyi canlı performans ziyarətçilərin böyük marağına səbəb olub.
Tədbir Səhər Mədəniyyət Evinin özfəaliyyət kollektivi üzvlərinin ifası ilə sona yetib. Solistlər İlkin Əlizadə, Zaur Yusifli, Tünzalə Məmmədova, Elvin Qasımov, Günay Sadıqovanın ifasında vətənpərvər ruhlu mahnlar tədbiri daha da rövnəqləndirib.
Qeyd edək ki, sərgidə dekorativ tətbiqi sənət ustalarının əl işləri də nümayiş olunub.
Bənzər xəbərlər:
POPULYAR
SON XƏBƏR
GÜNDƏM
DİGƏR