Mental aritmetik (əqli hesab)-beynin inkişaf yolları - VİDEO - FOTO
Yaddaş zəifliyi, unutqanlıq, zəif oxuma informasiyanın bol olduğu bir dövrdə insanlara çox böyük problemlər yaradır. Bəzən oxuduqlarımızı yaddaşımızda saxlaya bilmirik və ya bildiklərimizi xatırlamaqda çətinlik çəkirik. Bu gün Azərbaycanda bir çox proqramlar var ki, yaddaşı gücləndirir, asan öyrənmə və sürətli oxumanın metodlarını öyrədir. Müsahibimiz “Tiamo” şirkətinin Azərbaycandakı təmsilçiliyinin baş şöbəsinin müdiri İradə Xəlilovadır.
Azərbaycanda ilk dəfə olaraq , Tiamo mental aritmetik, Yaddaş texnikası və Sürətli oxuma proqramların tədrisinə siz başlamısız. Bu proqramlar haqqında məlumat verərdiniz.
Mental aritmetik adlandırılan əqli riyaziyyat və Yaddaş texnikası proqramları uşaqların yaddaş, qavrama, xəyal gücünü, hər sahədə sürətliliyi, məntiqi düşünmə bacarığını, riyazi hesablamaların zehində sürətli aparılmasını, beyin yarımkürələrinin paralel istifadəsini inkişaf etdirir. Sürətli oxuma proqramı isə oxuma sürətini dəqiqədə 2-3 qat artırır. Bu da gün ərzində alınan çox sayda informasiyanın beyin tərəfindən sürətli qəbulu deməkdir.
Bu 3 proqramların insanlara nə kimi faydası var ?
Proqramlar kurikulum sisteminə dəstək olaraq, uşaqların dərs öyrənməsini çox asanlaşdırır. Bilirsiniz ki, artıq yuxarı siniflərə qalxdıqdan sonra uşaqlar universitetə daxil olmaq üçün hazırlıq kurslarına gedirlər. Həm məktəb dərsləri, həm də hazırlıqlar uşaqları o qədər yorur ki, onlar nə istirahətə vaxt ayira bilirlər, nə də dərsləri oxuyub çatdıra bilirlər. Davamlı yüklənmə həm də uşaqlarda psixoloji pozğunluq, əsəbilik yaradır. Belə uşaqlar üçün asan öyrənmə proqramlarının faydası çox böyükdür. Bu proqramlar tələbələrə imtahanlarda 25-30 dəqiqə vaxt qazandırır, öyrənməni asanlaşdırır.
Kursların müddəti nə qədərdir və insanlar hansı yaş həddlərində bu kurslardan faydalana bilər ?
Tiamo əqli riyaziyyat və ya zehni hesab kursunu 4-7 aya qədər bitirmək olur. 4-12 yaş arası uşaqlar üçün nəzərdə tutulub. Yaddaş kursları - 4 aylıq kursdur. 5 yaşdan yuxarı bütün yaş həddində olan insanlar bu kursdan faydalana bilər. Sürətli oxuma kursu 2 aylıqdır. 9 yaşdan yuxarı bütün yaş həddində olan insanlar üçün nəzərdə tutulub.
Tiamo əqli riyaziyyat proqramı haqqında danışardınız və bu proqramın digərlərindən fərqi nədir?
Tiamo əqli riyaziyyat və ya zehni hesab 4-12 yaş arası uşaqların zəka və beyin inkişafı proqramıdır. Vasitə olaraq riyaziyyatdan istifadə edilir və bir neçə aydan sonra uşaqlar riyazi hesablamaları zehinlərindən apara bilirlər. Ən əsası onlayn proqram var. Şagirdlərimizin əksəriyyəti hesabları mahnı oxuyaraq, şeir söyləyərək, zəka oyunları oynayaraq və rəqs edərək aparırlar. Eyni anda fikri bir neçə yerə toplaya bilirlər. Bu da super diqqət gücü deməkdir. Dərs prosesində Tiamo şirkətinə məxsus olan taxta oyuncaqlar, internet üzərindən olan zəka, riyazi bacarıqları, diqqət və yaddaş gücünü inkişaf etdirən oyunlar və testlərdən istifadə olunur. Dərslərdə xüsusi rəngləmələrdən də istifadə edilir.
Yaddaş Texnikası kursları nədir, geniş məlumat verə bilərsinizmi ?
Yaddaş texnikası informasiyanın uzun müddət yaddaşda saxlanılması və asan öyrənmə üsullarını öyrədən, unutqanlığı aradan qaldıran beyin məşqləri proqramıdır. Proqram beyinin hər iki yarımkürəsinin paralel istifadəsini təmin edir. Sağ yarımkürə yaradıcı düşüncə, xəyal gücü, ritm, musiqi, səslər, rənglər, hisslər və duyğularla, Sol yarımkürə isə məntiqli, sistematik və analitik düşünmə, yazılar, mətnlər, rəqəmlərlə çalısan yarımkürələrdir. Beyinin bir hissəsini digərinə gorə daha yaxşı istifadə edən insanlar, digər yarımkürənin bacarıqlarına ehtiyac duyduqları zaman çətinlik çəkirlər. Surətli və effektli öyrənmənin yolu beyinin hər iki yarımkürəsini eyni anda və tarazlı olaraq istifadə etməkdən keçir.
Bənzər xəbərlər:
POPULYAR
SON XƏBƏR
GÜNDƏM
DİGƏR