Müğənni göz yaşları ilə Erdoğandan kömək istədi (FOTO, VİDEO)
Türkiyəli məşhur müğənni Petek Dinçöz canlı yayımda şok açıqlamalar verib. ANS PRESS-in məlumatına görə, ifaçı "Söylemezsem olmaz" (deməsəm olmaz) verilişində qonaq qismində iştirak edərkən keçmiş həyat yoldaşı Can Tanrıyar ilə yaşadıqları şok hadisələrdən söhbət açıb. Yaşadıqları dəhşətli hadisələrdən bəhs edərkən göz yaşlarını saxlaya bilməyib. Daha sonra isə Petek Türkiyənin baş naziri Rəcəb Tayyib Erdoğanın həyat yoldaşı Əminə xanımdan kömək istəyib.
"Yaşadıqlarımdan sonra bunları danışmaq istəməzdim, amma artıq bacarmıram. İki ildir ki, səsimi çıxartmırdım. Can Tanrıyar bu günə qədər mənə, ailəmə, işçilərimə qarşı təhqiramiz sözlər işlədir, bu gün isə yaşadıqlarımı sizə danışmaq istəyirəm. 18 il bundan qabaq normal bir münasibətim olsun istədim və münasibətlərimizə başladıq. İllər sonra isə ailə həyatı qurduq. Əvvəllər normal idi. Daha sonra isə spirtli içki içib məni döyürdü, hər kəsin tanıdığı kimi bir insan deyil o. Ətrafımda olanlar da görürdülər ki, o mənə necə zülüm verir".
P. Dinçöz bildirib ki, üzündə olan göy izləri gizlətmək üçün kosmetik vasitələrdən istifadə edib. Daha sonra isə ayrılmaq istədiyində həyat yoldaşı ifaçını şantaj edib. Şiddətdən bezən müğənni boşanmaq üçün vəkilə müraciət edib: "Bu insandan canımı qurtarmaq üçün boşanmağa ərizə verdim, o vaxtda hər kəs mənə deyirdi ki, toydan qabaq guya bilmirdin ki, bu belə insandır? Amma mən Canın belə vəhşi olduğunu bilmirdim. Hətta toyda geyindiyim gəlinliyin pulunu belə daha sonra məndən aldılar.
Toya yaxın artıq hissetməyə başlamışdım ki, bu mənlik insan deyil. Toyumuz canlı efirdə baş tutdu. Məhz o vaxt mən artıq seçimimdən imtina etmək istəyirdim, amma bələdiyyə başçısı şahidimiz olduğu üçün rədd edə bilmədim. Hətta toy gecəsi də məni döydü".
Bundan əlavə olaraq P.Dinçöz bildirib ki, öz qazandığı pul ilə aldığı iki evi də həyat yoldaşı öz adına keçirib. İfaçının adında mülkün olmağına qəti qadağan edib. Güc bəla ilə boşandıqdan sonra belə təhdidlərinin ardı-arası kəsilməyib: "Bir gün məni çağırdı ofisinə, qabağında otuzdurdu və porno video göstərdi. Dedim ki, bu mən deyiləm, polis bölməsinə gedək araşdıraq görək bu kimdir. Mənə cavab verdi ki, hər kəs mənim sözümə inanacaq sənin yox. Can Tanrıyardan canımı qurtarmaq istəyirəm. Baş nazirimiz və onun həyat yoldaşına səslənirəm, xahiş edirəm mənə kömək etsinlər".
QafqazPRESS.az
Bənzər xəbərlər:
POPULYAR
SON XƏBƏR
GÜNDƏM
DİGƏR