"Bakı bizə belə bir şey bəxş etdi"
Tanınmış rusiyalı müğənni Sati Kazanova Day.Az saytının Lady Day.Az layihəsinə müsahibə verib. Milli.Az həmin müsahibəni ixtisarla təqdim edir?
- Sizi Bakıya nə gətirdiyini artıq bilirik. Bakıda işlər necə gedir?
- Biz "Ozon" qrupunun solisti Arseniumla klip çəkməyə hazırlaşırıq. Onunla sosial şəbəkədə tanış olmuşuq. Elə-belə söhbət edirdik. Birdən mənə mahnı təklif elədi. Bu yay mahnısı mənim xoşuma gəldi. Klipi Yunanıstanda çəkməliydik, ancaq sonradan başqa qədimi yerlər axtarmaq lazım gəldi. Bakıda bir neçə dəfə olmuşdum, ancaq bütün gəlişlərim hava limanı, səhnə və yenidən hava limanına gedən yoldan ibarətdir. Bu səbəbdən Bakını, qədim şəhəri gəzdik. Şübhəm də qalmadı. Bakıda olan dostlarımızı axtarmağa başladıq. Emin Ağalarova zəng vurdum, xahiş etdim ki, bizə çəkiliş üçün şərait yaratsın. O da dedi ki, pulsuz gəlin, çəkiliş edin, qalın. Qədim şəhərdə çəkiliş etmək icazəsi də aldıq, hər şeydə kömək elədilər. Klipin ssenarisindən bilinməyəcək ki, harada çəkilib. Ancaq mən qürurla və sevinclə hamıya deyəcəm ki, Bakı bizə belə bir şey bəxş etdi.
Müsahibənin tam mətnini bu keçiddə rus dilində oxuya bilərsiniz.
QafqazPRESS.az
Bənzər xəbərlər:
POPULYAR
SON XƏBƏR
GÜNDƏM
DİGƏR