» » Nadir həmkarlarına sataşdı: "Suyu tökməkdənsə, get hamamda çim"

Nadir həmkarlarına sataşdı: "Suyu tökməkdənsə, get hamamda çim"

Müəllif: Sevinc Novruzova
//
Tarix: 24 avqust 2014
//
Bölmə: Şou-biznes
Nadir həmkarlarına sataşdı: "Suyu tökməkdənsə, get hamamda çim"



Qalmaqallı açıqlamaları, şou-biznesdə etdiyi layihələri ilə tanınan müğənni Nadir Qafarzadə xoş addım atıb.

“Qafqazinfo”ya daxil olan məlumata görə, “Xəzər” telekanalının “5/5” verilişinə qonaq olan müğənni ALS xəstəliyindən əziyyət çəkən insanların hesabına 1000 AZN yardım edib. İfaçı bu aksiyaya buzlu su ilə qoşulan insanları anlamadığını vurğulayıb:

“Deyirlər ki, dünyada belə bir aksiya start verilib ki, başdan su tökülməlidir. Niyə dünyada xoş aksiya olmur ki? Guya o buzlu su kiməsə kömək edəcək ki? O, sadəcə bir şoudur. Suyu tökməkdənsə, get hamamda çim. Harada pis nəsə varsa, onu birinci biz götürürük. Bunu dünya ulduzu Ledi Qaqa və başqaları da ediblər. Ya da kiməsə yardım etmək istəyirsənsə, maddi kömək et. Bu suyu başımızdan aşağı tökməklə kiməsə yardım etmiş olmuruq”, - deyən müğənni 1000 manat pulu aparıcı Zaur Kamala təqdim edib.

Qeyd edək ki, bu aksiyada məqsəd ALS xəstəliyindən əziyyət çəkən insanlara yardım etməkdir. Belə ki, bu aksiyada iştirak edən şəxslər ya 24 saat ərzində başına buzlu su tökməli, ya da 100 dollar ödəməlidir.




QafqazPRESS.az
banner125x125 banner125x125