» » Eldar Konçitaya sevgisini bir daha etiraf etdi (VİDEO)

Eldar Konçitaya sevgisini bir daha etiraf etdi (VİDEO)

Müəllif: Sevinc Novruzova
//
Tarix: 09 iyun 2014
//
Bölmə: Şou-biznes



Azərbaycana 2011-ci ildə Eurovision sevincini yaşadan Eldar Qasımov bu il qalib gələn transseksual müğənni Konçita Vürst barədə yenidən maraqlı açıqlamalar verib.

ANS PRESS-in məlumatına görə, gənc ifaçı Konçitaya qarşı olan heyranlığını yenidən dilə gətirib. Bir müddət öncə Eldarın sosial şəbəkədə yazdığı fikirlər çoxları tərəfindən qınaqla qarşılansa da o buna fikir vermədiyini bildirib.

Sosial şəbəkədə onu qınayan və təhqir edənlərə cavab verməyən E. Qasımov ANS telekanalında yayımlanan "Şoubiz+" verilişinə bu barədə açıqlama verib:

“Fikirlərim, yazdıqlarım kiminsə xoşuna gəlmirsə, səhifəmdən çıxsın, şərhlərimi oxumasın. Mən və bütün Avropa üçün Konçita qalibdir. Biz kimik ki, onu müzakirə edək. Elton Con və digər ulduzlar onu tərifləyirsə, dəstəkləyirsə, bu, çox şey deməkdir. Mən bildiyimə görə Elton Con və digərləri Tvitter vasitəsi ilə onu təbrik ediblər”.




QafqazPRESS.az
banner125x125 banner125x125