Elton Məmmədov 200 manat verdi - SİYAHI
Milli Məclisin daha bir neçə üzvü Somada baş verən faciə ilə bağlı Azərbaycan Qızıl Aypara Cəmiyyətinin başlatdığı aksiyaya qoşulub
AzVision.az-ın məlumatına görə, millət vəkili Elton Məmmədov, Rüfət Quliyev, Ziyad Səmədzadə, Əli Məsimli hərəsi 200 AZN olmaqda yardım fonduna pul köçürüblər.
Odlar Yurdu Universitetinin rektoru, millət vəkili Əhməd Vəliyev isə 100 AZN, Madər Musayev, 1000 AZN, Elmira Axundova 300 AZN, Kamilə Əliyeva 200 AZN, Əsabil Qasımov isə 1000 AZN məbləğində yardım fonduna vəsait ayırıb.
Eyni zamanda sabiq deputat, “Mədəni İrsin Qorunmasına Dəstək” İctimayi Birliyin sədri Dünyamin Xəlilov aksiyaya 3000 AZN pul ayırıb.
Bunlarla yanaşı bəzi müğənnilər də aksiyaya qoşulublar. Belə ki, Xalq artisti Nisə Qasımova 1000 AZN, əməkdar artir Mətanət İskəndərli 500 AZN pul veriblər.
Somaya pul ayıran digər deputatların siyahısını təqdim edirik:
Qızıl Aypara Cəmiyyətinin Prezidenti, millət vəkili Novruzəli Aslanov 500 AZN, Eldar Quliyev 1000 AZN, Azay Orucov 1000 AZN, Tahir Rzayev 200 AZN, Arif Əşrəfov 200 AZN, Nazim Fərəcov 200 AZN, Qənirə Paşayeva 1200 AZN, Adil Əliyev 780 AZN (1000 dollar), YAP-ın Siyasi Şurasının üzvü, deputat Eldar İbrahimov 78 AZN (100 dollar) və Milli Məclisin digər üzvü Malik Həsənov, 1000 AZN (1275 dollar) Fazil Mustafa 156 AZN (200 dollar), Ağacan Əbiyev isə 500 AZN (637 dollar), Nəriman Əliyev 1000 AZN (1275 dollar), Musa Qasımlı 150 AZN, Cavanşir Feyziyev 1000 AZN, Çingiz Qənizadə 100 AZN, Xanhüseyn Kazımlı 500 AZN (637 dollar), Tibb Universitetin rektoru, millət vəkili Əhliman Əmiraslanov 780 AZN (1000 ABŞ dolları), Aydın Mirzəzadə və Gövhər Baxşəliyeva hərəsi 200 manat məbləğində Somaya yardım ediblər.
Hazırkı məlumatlara görə, aksiya çərçivəsində ümumilikdə 24031 AZNAZN (30633 USD) pul yığılıb.
QafqazPRESS.az
Bənzər xəbərlər:
POPULYAR
SON XƏBƏR
GÜNDƏM
DİGƏR