Azərbaycanlı milyarder xanımına bunu da etdi
Əslən Güney Azərbaycandan olan milyarder Rza Zərrab Türkiyənin tanınmış müğənnisi olan xanımı Ebru Gündeşin ürəyi istədiyi zaman təzə balıq yeməsi üçün maraqlı yol seçib.
Milli.Az AHT-yə istinadən bildirir ki, xanımı Ebru Gündeş və qızı ilə Bodrum kurortundakı lüks villasında istirahət edən Rza Zərrab çox sevdiyi xanımına eşqini göstərmək üçün bütün vasitələrə əl atır.
Bodrumun ən təzə balıqlarını sevdiyi xanımına yedirmək üçün Rza Zərrab xüsusi dalğıc qrupu formalaşdırıb.
Ebru Gündəş təzə balıq istəyəndə Rza Zərrab həmin dalğıc qrupunun rəhbərinə zəng vurur, dalğıclar da Ege dənizinin təkinə enir, balıqları ovlayır və milyarderə yollayırlar.
Tutulan balıqlar ən uzağı 1 saat sonra Zərrabın villasında bişirilir və masaya qoyulur.
QafqazPRESS.az
Bənzər xəbərlər:
POPULYAR
SON XƏBƏR
GÜNDƏM
DİGƏR