“Sən nə oyun çıxarırsan?” - Xalq artisti Rövşanəyə əsəbiləşdi
Xalq artisti Roza Cəlilova bir müddət əvvəl “Yoldaş Rövşanə” verilişinin qonağı olub.
Məşhur rəqqasə ANS-də yayımlanan proqramdan narazı qalıb. Belə ki, xalq artisti çıxışının və rəqsinin efirdə verilməməsindən gileylənib.
Roza Cəlilova “Qafqazinfo”ya bildirib ki, rəqsi yarımçıq kəsilərək yerinə Təranə Muradovanın görüntülərini salıblar:
“Mənə xalq artisti, qardaşımın xanımı Təranə Muradova zəng vurub dedi ki, aparıcı Rövşanə səninlə bağlı veriliş hazırlamaq istəyir. Cavab verdim ki, mən AzTV və ANS kanallarını çox sevirəm. Amma verilişlərə müsahibə vermək istəmirəm. Daha sonra Təranə mənə söylədi ki, o verilişdə ziyalılar çəkilir, maraqlı olacaq. Gəlib çəkiliş etdilər, müsahibə aldılar.
Hiss edirdim ki, bu proqramda nələrsə mənim xoşuma gəlməyəcək. Nigaran idim, zəhmət çəkib rəqslərimin nömrələrini yazdırdım, onlara verdim ki, veriliş daha da şirin olsun. Rövşanə xanımın sualları o qədərdə ürəyimi açmadı. Mənasız sualları sevmirəm. Ona da dedim ki, sualın xoşuma gəlmir, görürsən ki, sual verəndə dayanıram. Veriliş efirə gedəndə gördüm ki, rəqsimi yarımçıq kəsiblər, yerinə isə Təranə Muradovanın rəqsini salıblar. Niyə mənə həsr olunan verilişdə Təranənin şəkillərini, rəqsini veriblər? Bir ay əvvəl ona veriliş həsr olunmuşdu da... Rəqsimi tamam göstərməyib, bir dənə də şəklimi efirə vermədilər.
Tanışlarım zəng vurub maraqlandı ki, Roza xanım, sizə həsr olunan verilişi niyə belə ediblər? Rövşanə istədi ki, ikinci verililişdə də Təranəni göstərsin, saldı görüntülərini mənim verilişimə... Siz məni niyə əsəbiləşdirirsiz? Qardaşıma zəng vurub dedim ki, onun verilişində mən olmuşam? Mənim verilişimi niyə belə ediblər? Çünki, Rövşanə ilə Təranə rəfiqədir, ona bəraət qazandırır. Sən nə oyun çıxarırsan? Mənimlə bağlı proqrama başqasını salmağa ixtiyarın yoxdur”.
Layihə rəhbəri və verilişin aparıcısı Rövşanə Ağasəfqızı xalq artistinin ittihamlarına belə cavab verib:
“Roza xanımla dünən danışmışam, mənə təşəkkürünü bildirib. Təranə Muradova onun qardaşının yoldaşıdır, onlar yad insanlar deyillər ki, bir-birilərinə qərəzli münasibət göstərələr. Təranə xanım da xalq artistidir, xalq düşməni deyil ki? Layihəyə cavabdeh insan mənəm. Özümüz bilirik ki, kimləri əlavə etmək olar, ya yox. Bu söhbət hardan çıxıb? Qəribə heç nə yoxdur, proqramda müxtəlif kadrlardan istifadə edə bilərik. Təranə xanımla bağlı söhbət oldu, onun görüntüləri əlavə olundu”.
Bənzər xəbərlər:
POPULYAR
SON XƏBƏR
GÜNDƏM
DİGƏR