Azərbaycanla Rusiya sərhədində yeni körpü açıldı
Azərbaycanla Rusiya arasında sərhəddə yerləşən Samur çayı üzərində salınan avtomobil körpüsünün açılışı baş tutub.
Qafqazpres.az Report-a istinadən xəbər verir ki, açılış mərasimində Azərbaycan Baş Nazirinin müavini Şahin Mustafayev, Rusiyanın İqtisadi İnkişaf naziri Maksim Oreşkin, Dağıstan Muxtar Respublikasının rəhbəri Vladimir Vasilyev, Azərbaycanın Rusiyadakı səfiri Polad Bülbüloğlu, Rusiyanın Azərbaycandakı səfiri Mixail Boçarnikov və Qusar Rayon İcra Hakimiyyətinin başçısı Şair Alxasov iştirak ediblər.
Qeyd edək ki, körpü Rusiya və Azərbaycanın birgə maliyyəsi hesabına tikilib. Samur çayı üzərində yeni avtomobil körpüsünün tikintisi barədə hökumətlərarası saziş 2013-cü il sentyabrın 13-də imzalanıb.
Yeni körpü 1957-ci ildə inşa olunmuş körpünü əvəz edəcək. Körpünün uzunluğu 325,3 metr, eni isə 17,3 metrdir. Körpü beş aşırımlı iki zolaqdan ibarətdir. Burada eni 3,75 metr olan qapalı piyada zolağı da salınıb.
Bənzər xəbərlər:
POPULYAR
SON XƏBƏR
GÜNDƏM
DİGƏR