Bu sobalar unikallığı ilə seçilir - VİDEO
Şamaxı şəhərində yaşayan azsaylı xalqlardan olan malakanlar isinmək üçün maraqlı üsuldan istifadə edir.
Qafqazpress.az Oxu.- a istinadən Az xəbər verir ki, rayonun Nağaraxana kəndində yerləşən malakan evləri öz sobaları ilə məşhurdur.
Belə ki, malakan sobaları evi isitməklə yanaşı, çarpayı rolunu da oynayır. Odunla isinən sobada çörək bişirmək, yemək hazırlamaq, üzərinə yorğan-döşək salaraq yataq kimi də istifadə etmək olur.
Müasir dövrdə bu sobalardan istifadə azalsa da, onun verdiyi istilik əvəzsizdir. Soba iki gün evin normal temperaturda qalmasına da səbəb olur. Üzərindəki yataq isə həmişə isti olur.
Bənzər xəbərlər:
POPULYAR
SON XƏBƏR
GÜNDƏM
DİGƏR