» » "Cavan atam bir həftənin içində qoca kişi oldu" - Aytən başlarına gələn faciədən danışdı - FOTO

"Cavan atam bir həftənin içində qoca kişi oldu" - Aytən başlarına gələn faciədən danışdı - FOTO

Müəllif: Səma Zərdablı
//
Tarix: 09 yanvar 2020
//
Bölmə: Sosial
"Cavan atam bir həftənin içində qoca kişi oldu" - Aytən başlarına gələn faciədən danışdı - FOTO



Aparıcı Aytən Səfərova "Bizimləsən"də 47 gündən sonra yanmış cəsədi tapılan 10 yaşlı Nərminin atasının soyuqqanlılığını tənqid atəşinə tutub.
QAFQAZPRESS.AZ xəbər verir ki, aparıcı azyaşlı övlad itkisinə öz ailəsində də şahid olduğunu bildirib.
Aytən müqayisə üçün azyaşlı qardaşının faciəvi ölümü zamanı valideynlərinin nə hala düşdüyünü diqqətə çatdırıb:
"Mənim qardaşım Rusiyada çayda batmışdı. Çalışıram bu mövzuya qayıtmayım. Mən bilirəm balaca qardaş-bacını itirmək nədir. Atam cavan, güclü kişi idi. Qardaşım batanda atam bir həftə içində qocaldı. Mənim anam, qadın xeylağı ayaqyalın, başıaçıq o boyda binaların zirzəmilərinə gedib girirdi ki, bəlkə uşağım çıxıb evdən yaddaşı itib. Gedib zirzəmi-zirzəmi, ev-ev, qapı-qapı axtarırdı ki, uşaq görməmisiniz burada? Əsl ata, ana instinkti olmalıdır".
banner125x125 banner125x125