Azərbaycanda Uşaq Səfirlər Məclisi yaradılır
Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi 2020-ci il “Könüllülər ili” olması prosesinə uşaqların da töhfə verməsi, iştirakının təmin olunması, eləcə də uşaqlarda müstəqil özünü ifadə etmə bacarığının, idarəetmə mədəniyyətinin formalaşması məqsədilə “Uşaq Səfirlər Məclisi”nin yaradılmasını elan edir.
Məclis üzvləri tərəfindən uşaq hüquqlarının müdafiəsi, uşaq inkişafı, həmçinin, uşaqları narahat edən məsələlər barədə müzakirələr aparılacaq, onların həlli istiqamətində təkliflər irəli sürüləcək. Dövlət Komitəsi Məclis üzvü seçilmək arzusunda olan 14-18 yaş arasında olan uşaqları təşkil edilən müsabiqədə iştirak etməyə dəvət edir.
Məclis üçün ilkin qeydiyyat və növbəti mərhələlər haqqında ətraflı məlumatı Dövlət Komitəsinin saytından almaq olar.
Bənzər xəbərlər:
POPULYAR
SON XƏBƏR
GÜNDƏM
DİGƏR