» » Bu plastik məhsullara vergi tətbiq olunacaq - YENİ QANUN

Bu plastik məhsullara vergi tətbiq olunacaq - YENİ QANUN

Müəllif: Səma Zərdablı
//
Tarix: 09 yanvar 2020
//
Bölmə: Sosial
 Bu plastik məhsullara vergi tətbiq olunacaq - YENİ QANUN


Avropa İttifaqı tullantıya çevrilən plastik məhsullar üçün vergi tətbiq etmək barədə düşünür.
Avropa İttifaqına daxil olan ölkələrdə tətbiq olunacaq yeni qanunla gələn gəlirlər Böyük Britaniyanın ittifaqdan ayrılmasından sonra büdcədə əmələ gələcək kəsirin bağlanmasında istifadə olunacaq.
“Financial Times”a açıqlama verən Aİ nümayəndələri 2021-ci ildə qüvvəyə minəcək 7 illik büdcə üçün müzakirələrin üzv ölkələrin plastik tullantıların yenidən emalı vergisi məsələsində razılığa gəldiyini bildirib.
Avropa İttifaqı Komissiyası 2018-ci ildə təqdim etdiyi təklifdə təkrar emal edilməyən plastik məhsullara vergi tətbiq olunmasını və buradan əldə edilən gəlirin üzv ölkələrin dövlət büdcələrinə deyil, Aİ büdcəsinə getməsini tövsiyə etmişdi.
Təkrar emal edilməyən plastik materiallardan əldə olunan gəlir 2027-ci ilə qədər 42 milyard avroya çata bilər.
banner125x125 banner125x125