» » Üç hüquqi şəxs məhkəmə məsuliyyətinə cəlb edilib

Üç hüquqi şəxs məhkəmə məsuliyyətinə cəlb edilib

Müəllif: Səma Zərdablı
//
Tarix: 15 yanvar 2020
//
Bölmə: Sosial
  Üç hüquqi şəxs məhkəmə məsuliyyətinə cəlb edilib


2019-cu il ərzində cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərini və ya digər əmlakı leqallaşdırma faktları üzrə yeddi cinayət işinin istintaqı tamamlanıb.
Qafqazpress.az xəbər verir ki, bu barədə Baş prokurorun müavini-Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin rəisi Kamran Əliyev 2019-cu ilin yekunlarına dair keçirilən mətbuat konfransında məlumat verib.
K.Əliyev bildirib ki, hüquqi şəxslərə cinayət-hüquqi tədbirlərin tətbiq olunması barədə üç cinayət işi üzrə üç hüquqi şəxs barədə qərar qəbul olunmaqla, hüquqi şəxslər və onların rəhbərliyi məhkəmə məsuliyyətinə verilib.
POPULYAR SON XƏBƏR GÜNDƏM DİGƏR
banner125x125 banner125x125