» » “Oqtay Əsədov qopmaq bilmir kürsüdən” - Aysel Əlizadə 15 ilin spikeri ilə bağlı sərt danışdı

“Oqtay Əsədov qopmaq bilmir kürsüdən” - Aysel Əlizadə 15 ilin spikeri ilə bağlı sərt danışdı

Müəllif: Səma Zərdablı
//
Tarix: 27 yanvar 2020
//
Bölmə: Sosial
“Oqtay Əsədov qopmaq bilmir kürsüdən” - Aysel Əlizadə 15 ilin spikeri ilə bağlı sərt danışdı



“Heç bir səbəb, əsas olmadan dostumuz, illərin media kapitanı, qələm adamı, çirkabdan uzaq Zahir Əzəmətin namizədliyi qeydə alınmadı. Tək səbəb odur ki, spiker Oktay Əsədov həmin dairəyə təkrar deputat düzəlmək istəyir. Ona görə də Zahir bəyə mane oldular”. İxa.az xəbər verir ki, bunu yazar Aysel Əlizadə sosial şəbəkədə paylaşıb. O, sözlərinə belə davam edib:
“Oktay müəllim yaşadığım dairədə (8 saylı Binəqədi birinci Seçki Dairəsi) əvvəl deputat olub. Biz o müəllimin nə üzünü görmüşük, nə səsini eşitmişik. Sonra öz yerinə Azay Quliyev adlı şəxsi göndərib, həmin şəxsi də şəxsən mən sakin olaraq bircə dəfə görmədim. (Bu da ayrıca əhvalatdı, ətraflı yazacam.) Gələk Zahir bəyə. DSK-dan bildiriblər ki, bəyin hansısa əmlak məsələsində uyğunsuzluq var deyə namizədliyi qəbul edilə bilməz. Bu bəhanə lap belə xüsusi həyasızlıqdı ha!
Görən, MSK DSK və bütün bu işə baxan SK-lar Oktay müəllimin malının, mülkünün, əmlaklarının hesabatını yığıb yığışdıra biliblərmi ki, Zahir bəyin ata mülkünün sənədlərində hansısa uyğunsuzluq tapıblar? Oktay müəllimin Novxanıda bağı var. Uzun illər o kənddə zibildaşıma olmadı, yollar bərbad idi, suyu ancaq öz bağına çəkdirmişdi, təsəvvür edin. Bizim ərazidə gözəl bir futbol meydanı vardı, oranı dağıdıb Tennis Akademiyası tikib bu kişini rəhbər qoydular. Bəh! İndi o Tennis Akademiyası dönüb ticarət mərkəzinə. Həyətində kafe işlədən kim, çayxana açan kim, yan-yörəsini icarəyə veriblər, market, bank, dükan nə istəsən var -tennisdən başqa. Yadınızdadısa, bir türkiyəli danışırdı ki, yarışa komanda dəvət etmişdik Avropadan, Tennis Akademiyasında məşq üçün topu da onlara satırdılar, rəzalət idi.
İndi bu özünüburaxan parlamentin qocaman sinifkomu təzədən namizədliyini verməsi azmış kimi oğul-uşağı yaşında cavan adamlara da əngəl olur, imkan vermir özlərini sınasınlar. Herontokratik hakimiyyətin davam etməsi üçün əlindən gələni edir, baxmayaraq ki, yaşlıların hakimiyyətinə son qoymaq, ölkəni yeni beyinlərə ötürmək dövlətin islahat paketinin tərkib hissəsidi.
Bilirsiz, bizə uşaqlıqdan yaşlılara sayğılı olmağı öyrədiblər. Amma deməyiblər ki, o yaşlı da gərək özünə hörmət qoya. Özünə hörmət etməyən adama sən hörmət etdin nə olacaq, etmədin nə?
Bizə belə ağsaqqallıq məktəbi, belə deputat, belə spiker lazım deyil.
Gürcüstan spikeri İrakli Kobaxidze yadınızda? Rusiyadan gələn qonağa kürsüsünü vermişdi deyə xalqı ayağa qalxdı. Bakıda səfərdə idi. Təcili ölkəsinə dönüb istefa verdi. Siyasi mədəniyyət deyilən anlayış var. Bizim spiker qopmaq bilmir kürsüdən. Hələ həmin o istefa verən cavan gürcü spiker yaşda adamların deputat demirəm e, namizəd olmasına əngəl yaradır”.“Yeni Sabah”

“Oqtay Əsədov qopmaq bilmir kürsüdən” - Aysel Əlizadə 15 ilin spikeri ilə bağlı sərt danışdı
POPULYAR SON XƏBƏR GÜNDƏM DİGƏR
banner125x125 banner125x125