» » Hərracdan ucuz qiymətə maşın almaq adı ilə dələduzluqda ittiham edilirdi- 7 il cəza aldı

Hərracdan ucuz qiymətə maşın almaq adı ilə dələduzluqda ittiham edilirdi- 7 il cəza aldı

Müəllif: Səma Zərdablı
//
Tarix: 04 fevral 2020
//
Bölmə: Sosial
Hərracdan ucuz qiymətə maşın almaq adı ilə dələduzluqda ittiham edilirdi- 7 il cəza aldı


Külli miqdarda dələduzluqda ittiham edilən şəxs hakim qarşısına çıxarılıb. O, vətəndaşlara asan qazanc əldə etmək vədi verərək pullarını ələ keçirib.

Qafqazpress.az Musavat.com - a istinadla xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində külli miqdarda dələduzluqda ittiham edilən 1982-ci il
Heydərov Rəqib Fazil oğlunun cinayət işi üzrə məhkəmə iclası keçirilib.
Hakim Eldar Ismayılovun sədrliyi ilə keçirilən məhkəmə iclasında hökm oxunub.
Hökmə əsasən Rəqib Heydərov 7 il müddətinə azadlıqdan məhrum edilib.
Qeyd edək ki, zərərçəkmişlər bildirib ki, Rəqib Heydərov onlardan müxtəlif məbləğlərdə pul alıb. Qarşılığında hərraca çıxarılan avtomobilləri ucuz qiymətə alacaqmış. Zərərçəkmişlərin əksəriyyəti maşın alqı-satqısı ilə məşğul olublar.
Dindirilən zərərçəkmişlərdən Elnur Bayramlı deyib ki, Rəqib Heydərovun hərracda işlədiyini, qiymətləndirmə üzrə mütəxəssis kimi tanıdığını deyib.
Zərərçəkmişin sözlərinə görə, bu işdə Rəqib Heydərovun tək günahkar olduğuna inanmır: "Orada heç kimin adamı olmasa, maşın almaq mümkün deyil. Maşınlar artıq əvvəlcədən kimə satılacağı bəlli olur. İnanmıram ki, Rəqib bu işi tək eləsin. Bu işdə nəsə var".
Qeyd edək ki, Rəqib Heyrov Cinayət Məcəlləsinin 178.3.2-ci (dələduzluq; külli miqdarda törədildikdə) maddəsi ilə ittiham edilir.
Məlumata görə, Rəqib Heydərov zərərçəkmiş şəxslərdən külli miqdarfa pul alaraq ılə keçirib. Onlara vəd edib ki, banklarda auksiona çıxarılan maşınları ucuz qiymətə ala biləcək. Lakin Heydərov vədlərinə əməl etməyib. O, zərərçəkmişlərin şikayəti əsasında həbs edilib.
banner125x125 banner125x125