» » Rusiyada azərbaycanlıya ağır cəza

Rusiyada azərbaycanlıya ağır cəza

Müəllif: Sevinc Novruzova
//
Tarix: 25 iyun 2014
//
Bölmə: Dünya / Gündəm
Rusiyada azərbaycanlıya ağır cəza


Rusiyada 2,5 kq heroin ilə tutulan azərbaycanlıya hökm oxunub. ANS PRESS-in məlumatına görə, Azərbaycan vətəndaşı İsmayıl Əliməmməd oğlu Kərimovun məhkəmə prosesi olub.

O, Murmanskda 2,5 kq heroinlə yaxalanmışdı. Məhkəmə qərarı ilə İ.Kərimov 15 il müddətinə azadlıqdan məhrum edilib. O, cəzasını ciddi rejimli kolonyada çəkəcək.

Məhkəmə prosesində bəlli olub ki, Kərimov naməlum şəxslərlə cinayət əlaqəsinə girib. O, qeyd edilən narkotik maddəni satmalı idi. Lakin hüquq mühafizə orqanı əməkdaşları ona mane olublar. O, 2013-cü ilin oktyabr ayında həbs edilib.

Bu satışdan əldə ediləcək gəlir isə 10 milyon rubla yaxın olub.


QafqazPRESS.az
banner125x125 banner125x125