» » BAKIDA AVTOBUS SÜRÜCÜSÜ QAYDALARI POZDU: “ƏCƏB EDIRƏM, UZAQBAŞI 50 MANAT CƏRIMƏ YAZACAQLAR” - FOTO

BAKIDA AVTOBUS SÜRÜCÜSÜ QAYDALARI POZDU: “ƏCƏB EDIRƏM, UZAQBAŞI 50 MANAT CƏRIMƏ YAZACAQLAR” - FOTO

Müəllif: Səma Zərdablı
//
Tarix: 05 fevral 2020
//
Bölmə: Sosial
BAKIDA AVTOBUS SÜRÜCÜSÜ QAYDALARI POZDU: “ƏCƏB EDIRƏM, UZAQBAŞI 50 MANAT CƏRIMƏ YAZACAQLAR” - FOTO


Bakıda 40 nömrəli müntəzəm marşrut xətti üzrə hərəkət edən avtobusun sürücüsü nəqliyyat vasitəsini sükan arxasında telefonla danışaraq yüksək sürətlə idarə edib.
Sözügedən məlumatı əks etdirən fotoları sosial şəbəkədə sərnişinlərdən biri paylaşıb.
Paylaşım edən sərnişin iddia edib ki, 40 nömrəli müntəzəm marşrut xətti üzrə hərəkət edən 99 JZ 235 dövlət nömrə nişanlı avtobusun sürücüsü telefonla danışa-danışa sərnişinlərlə dolu avtobusu yüksək sürətlə idarə edib.
Sərnişinlər onun bu davranışından şikayət etdikdə isə sürücü onlara “əcəb edirəm, xoşun gəlmir, zəng elə, şikayət et, uzaqbaşı 50 manat cərimə yazacaqlar”, - deyə cavab verib.
Bu isə sərnişinlərin narazılığına səbəb olub.

BAKIDA AVTOBUS SÜRÜCÜSÜ QAYDALARI POZDU: “ƏCƏB EDIRƏM, UZAQBAŞI 50 MANAT CƏRIMƏ YAZACAQLAR” - FOTO
banner125x125 banner125x125