Rusiyalı iş adamları İspaniyada ölü tapıldı
İspaniyanın Denia bələdiyyəsində Rusiyadan gələn iki iş adamının meyiti tapılıb.
Qafqazpress.az - ın enta.ru-ya istinadən verdiyi xəbərə görə, bu barədə "Información" yazır.
Ölümün qaz sızmasından baş verdiyi bildirilir.
62 yaşlı iş adamları ayrı otaqlarda yatdıqları halda, elə yuxuda dəm qazından zəhərləniblər.
Ölənlərdən birinin qohumları telefona zəng çatmadıqda polisə müraciət edib. Məhkəmə eksperti zorakılıq əlmətlərinin olmadığını təsdiqləyib. Müstəntiqlər, həmçinin, evin qarət olunma cəhdinə dair heç bir əlamət aşkarlamayıb.
Ölənlərin adları açıqlanmır.
Bənzər xəbərlər:
POPULYAR
SON XƏBƏR
GÜNDƏM
DİGƏR