» » Rusiyada ermənilərin vəzifələrdən təmizlənməsi başladı

Rusiyada ermənilərin vəzifələrdən təmizlənməsi başladı

Müəllif: Səma Zərdablı
//
Tarix: 21 fevral 2020
//
Bölmə: Sosial
Rusiyada ermənilərin vəzifələrdən təmizlənməsi başladı


Rusiya hüquq-mühafizə orqanlarında çalışan bir sıra yüksək vəzifəli ermənilər öz postlarından azad ediliblər.
Qafqaazpress.az xəbər verir ki, bu məlumatı “Past” qəzeti öz mənbələrinə istinadən yayıb. Qəzet ermənilərə qarşı belə “təmizliyin” yaxın zamanlarda daha genişlənəcəyini bildirib:
“Bu cür qovulmalar Ermənistanda cinayət işi açılması ucbatından Rusiyada olan keçmiş hakimiyyət nümayəndələri arasında ciddi narahatlıq yaradıb. Məsələ odur ki, onlar özlərinin Ermənistana təhvil verilməsi məsələsinin yenidən gündəmə gələcəyindən narahatdırlar. Bu halda bir sıra Rusiya məmurlarının mövqeyinin zəifləməsi ilə yanaşı, onlarla qarşılıqlı əlaqəsi olanların da mövqeyi zəfiləyə bilər”. /Axar.az/
banner125x125 banner125x125