Məktəb direktorunun işdən çıxarılması ilə bağlı rəsmi AÇIQLAMA
Təhsil Nazirliyi İsmayılov Mehman Novruz oğlunun Biləsuvar rayonu Arazbarı kənd məktəbinin direktoru vəzifəsindən məcburi şəkildə işdən çıxarılması məsələsinə aydınlıq gətirib.
Biləsuvar Rayon Təhsil Şöbəsindən Oxu.Az-ın sorğusuna cavab olaraq bildirilib ki, həmin məktəbdə hazırda yeddi şagirdlə iki sinif komplektində tədris aparılır:
“Tərəfimizdən məktəbin bağlanılması ilə əlaqədar Təhsil Nazirliyinə müraciət edilib. Hazırda məktəbdə direktor işləməyə real namizəd yoxdur. Odur ki, qonşu məktəbin direktor müavini Əlitudə Eyniyevə Arazbarı kənd ümumi orta məktəbin direktoru vəzifəsini müvəqqəti icra etmək tapşırılıb”.
Məlumatda qeyd edilib ki, M.İsmayılov Rayon Təhsil Şöbəsindən ərizə ilə müraciət edərək, əmək müqaviləsinə xəstəliyi ilə bağlı xitam verilməsini xahiş edib. Onunla bağlanılmış əmək müqaviləsinə Azərbaycan Respublikası Təhsil Nazirliyinin 21 oktyabr 2019-cu il tarixli K-1592 nömrəli əmri ilə xitam verilib.
Qeyd edək ki, Biləsuvar rayonu Arazbarı kənd məktəbinin direktorunun məcburi şəkildə işdən çıxarılması barədə məlumat yayılıb. Direktor sosial şəbəkə vasitəsi ilə videogörüntü yayaraq bildirib ki, ona işdən çıxması üçün Biləsuvar Rayon İcra Hakimiyyəti və Rayon Təhsil Şöbəsinin müdiri Aqşin Bağırov tərəfindən təzyiqlər olub.
Bənzər xəbərlər:
POPULYAR
SON XƏBƏR
GÜNDƏM
DİGƏR