» » Məktəbin bağlanması “fürsət” deyil, mollara qaçmayın - Çağırış

Məktəbin bağlanması “fürsət” deyil, mollara qaçmayın - Çağırış

Müəllif: Səma Zərdablı
//
Tarix: 03 mart 2020
//
Bölmə: Sosial
Məktəbin bağlanması “fürsət” deyil, mollara qaçmayın - Çağırış




Nazirlər Kabineti təhsil ocaqlarında dərslərin bir həftəlik dayandırılması ilə bağlı qərar qəbul etdi. Bu, tamamilə doğru addım idi.
Qafqazpress.az xəbər verir ki, bu sözləri Teleqraf Media Qrupunun rəhbəri, politoloq Aynur Camalqızı qeyd edib.
O bildirib ki, məktəblərdə tətil elan edilməsi qərarından sonra bəzi insanların müxtəlif məkanlara və ya rayonlara getməyi planlaşdırması təhlükəli tendensiyadır:
“Koronavirus təhlükəsi hamını, xüsusən valideynləri narahat edir. Hər kəs övladına görə narahatlıq keçirir. Amma... Məsələnin ən maraqlı, hətta qəribə tərəfi odur ki, məktəblərin bağlanmasını bir çoxları sanki fürsət hesab edir - istirahət, mollar, şəhər gəzintisi üçün şans sayır. Hətta məndə olan məlumata görə, dünən qatarla bölgələrə getmək üçün bütün biletlər bron edilib. Bu, yolverilməzdir. Görünür, bununla bağlı çox ciddi maarifləndirməyə ehtiyac var.
İnsanlar ya anlamır, ya da anlamaq istəmir ki, məktəblərin, bağçaların, hətta ali məktəblərin bağlanması qərarı təhlükə olduğuna görə verilib. Və bu təhlükə yalnız məktəblərdə yox, istənilən kütləvi məkanlarda - mollarda, restoranlarda, kinoteatrlarda var. İnsanlar bunu başa düşməlidir, özlərini və uşaqlarını qorumaq üçün kütləvi yerlərə getməməlidirlər.
Bunu tam ciddiyyəti ilə anlamaq, virusdan maksimum qorunmaq və uşaqları qorumaq üçün bütün vasitələri dəyərləndirmək, qapalı, insanların çox olduğu yerlərə getməkdən çəkinmək lazımdır”. /Axar.az/
banner125x125 banner125x125