Yaralı Tərtər sakininin fotoları yayıldı
Ermənistan silahlı qüvvələri Tərtərin cəbhə xəttində yerləşən qapanlı kəndinin sakinlərini atəşə tutub. ANS PRESS-in bölgə müxbirinin verdiyi xəbərə görə, bu dəfə əkin sahəsində taxıl biçən fermerlər qarşı tərəfin gülləbaranına məruz qalıblar.
Güllələrdən biri traktorla sahədə işləyən kənd sakini Namiq Əliyevə dəyib. Yonca sahəsini sulayan fermerlər isə zorla canlarını qurtardıqlarını deyirlər. Ayağından güllə yarası alan Namiq Əliyev deyir ki, əkin sahəsindən sürünərək çıxmaq məcburiyyətində qalıb. Yaxınları onu Tərtər MRX-na çatdırıb. Yaralıya dərhal tibbi yardım göstərilib. Qanaxmanın qarşısı alınıb. Hazırda xəstənin vəziyyəti normal qiymətləndirilir.
Qeyd edək ki, hadisə baş verən zaman xarici media nümayəndələri də Qapanlı kəndində olub. Litvalı fotoreportyor Ricardas Lapaitis gecə boyu kənddə davam edən gərgin vəziyyəti öz gözləri ilə görüb. Sakinlərlə söhbət zamanı traktorun sahədən yalnız gecə saatlarında götürməyin mümkün olacağını deyiblər.
Kənd sakinləri mal-qaranı da yalnız hava qaralandan sonra otlaq sahələrindən çıxara bilib.
QafqazPRESS.az
Bənzər xəbərlər:
POPULYAR
SON XƏBƏR
GÜNDƏM
DİGƏR