Hafiz Hacıyevin sürücülük hüququ məhdudlaşdırıldı
Müasir Müsavat Partiyasının sədri Hafiz Hacıyev sürücülük hüququndan məhrum edilib.
Qafqazpress.az Avtosfer.az-a istinadən xəbər verir ki, buna səbəb partiya sədrinin çoxsaylı ödənməmiş cərimələrinin olmasıdır. Eyni zamanda o, çoxsaylı qayda pozuntusuna yol verdiyi üçün cərimə ballarının sayı da sürücülük hüququnun məhdudlaşdırılmasına səbəb olub.
Saytın yazdığına görə, bu gün polis əməkdaşları Hafiz Hacıyevin Azadlıq prospektində qayda pozuntusunun şahidi olublar. Belə ki, yol polisi əməkdaşları ona “saxla” işarəsi versə də, Hafiz Hacıyev tabesizlik göstərərək ərazidən uzaqlaşıb və maşını ofisinin qarşısında saxlayaraq gedib. Polis əməkdaşları ərazidə onun axtarışına başlasalar da, tapa bilməyiblər.
Məlum olub ki, partiya sədrinin sürücülük hüququ iyul ayının 27-də məhdudlaşdırılmasına baxmayaraq, hələ də avtomobil idarə edir.
Bənzər xəbərlər:
POPULYAR
SON XƏBƏR
GÜNDƏM
DİGƏR