» » Atmosferə tullantı atan idarənin məsul şəxsi cəzalandırıldı

Atmosferə tullantı atan idarənin məsul şəxsi cəzalandırıldı

Müəllif: Səma Zərdablı
//
Tarix: 17 avqust 2020
//
Bölmə: Sosial
 Atmosferə tullantı atan idarənin məsul şəxsi cəzalandırıldı


Atmosferə tullantı atan idarənin məsul şəxsi cəzalandırıldı
Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinin əməkdaşları tərəfindən Xızı rayonu Giləzi qəsəbəsində fəaliyyət göstərən 1 saylı Yol İstismarı İdarəsinə məxsus asfalt-beton qurğusundan atmosferə normadan artıq tullantı atıldığı aşkar edilib.
Qafqazpress.az Oxu.Az - a istinadən xəbər verir ki, xidmətin rəis müavini Ramal Bağırov bildirib ki, faktla bağlı idarənin məsul şəxsi Hidayət Rzayev barəsində protokol tərtib edilib və o, 2500 manat məbləğində cərimə olunub.
“Təmizləyici qurğunun quraşdırılması üçün idarəyə icrası məcburi olan “məcburi göstəriş” verilib”.
banner125x125 banner125x125