» » SON DƏQİQƏ! Karantin rejiminin ləğvi fikri ilə bağlı ÜST-dən AÇIQLAMA

SON DƏQİQƏ! Karantin rejiminin ləğvi fikri ilə bağlı ÜST-dən AÇIQLAMA

Müəllif: Səma Zərdablı
//
Tarix: 19 avqust 2020
//
Bölmə: Sosial
SON DƏQİQƏ! Karantin rejiminin ləğvi fikri ilə bağlı ÜST-dən AÇIQLAMA



Son günlərdə ölkə mətbuatında karantin rejiminin ləğvi ilə bağlı Ümumdünya Səhiyyə Təşkilatına (ÜST) aid olduğu iddia edilən açıqlama yayılıb.
Qafqazpress.az xəbər verir ki, report məsələni araşdırmaq məqsədi ilə ÜST-ün Azərbaycan nümayəndəliyinin ictimaiyyətlə əlaqələr üzrə mütəxəssisi Fanara Bünyadzadə ilə əlaqə saxlayıb.
F.Bünyadzadə deyib ki, mətbuatda yayılan açıqlama təhrifə uğrayıb:
“Bu, Ümumdünya Səhiyyə Təşkilatının mütəxəssisi Maria van Kerkhovenin hələ avqustun 1-də “Telegraph”a verdiyi müsahibəsindən götürülüb. Lakin onun fikirləri təhrif edilib”.
O qeyd edib ki, müsahibədə karantin rejiminin ləğvindən bəhs edilməyib:
“Müsahibədə karantin rejiminin tətbiqinin yolverilməz və ya ləğvi ilə bağlı hər hansısa fikir mövcud deyil. O, sərt karantin rejiminin yenidən tətbiq olunmamasını tövsiyə edib. Onun sözlərinə görə, bunun keçmişdə tətbiq edilməsi yoluxmanın qarşısını almaq üçün olub. Maria van Kerkhove sadəcə karantin rejiminə bir daha ehtiyac olmayacağına ümid etdiyini bildirib”.
Qeyd edək ki, Maria van Kerkhove “Telegraph”a müsahibəsində bir sıra ölkələrdə tətbiq edilən sərt karantin rejiminin ictimai səhiyyə infrastrukturunu yaratmaq üçün vaxt qazandırdığını bildirib. O qeyd edib ki, sağlamlığa dəyən ziyan, sosial və iqtisadi fəsadlardan dolayı ümumölkə karantin rejimi yerinə lokal karantin tədbirlərinin keçirilməsini tövsiyə edib.
banner125x125 banner125x125