» » Quba rayon prokurorunun müavini könüllü olaraq cəbhəyə yazılıb

Quba rayon prokurorunun müavini könüllü olaraq cəbhəyə yazılıb

Müəllif: Səma Zərdablı
//
Tarix: 01 oktyabr 2020
//
Bölmə: Sosial
Quba rayon prokurorunun müavini könüllü olaraq cəbhəyə yazılıb


Azərbaycanda cəbhəyə könüllü olaraq getmək üçün müraciət edənlərin sayı durmadan artır. Cəbhədə ermənilər üzərində aşkar üstünlüyümüz vətənpərvərlik ruhunu daha da artırıb. Sadə vətəndaşdan tutmuş yüksək vəzifəli şəxslərə qədər hər kəs könüllü olaraq cəbhəyə yollanmaq üçün müraciət edir.
Metbuat.az xəbər verir ki, Quba rayon prokurorunun müavini, Pərviz Nərimanov da ərizə ilə müraciət edərək könüllü olaraq döyüşə getmək istədiyini bildirib.
Prokurorluqdan xəbəri təsdiqləyiblər. Bildirilib ki, hazırda Pərviz Nərimanov iş başındadır. Müraciət əsasında döyüşə çağırılacaq vaxta qədər vəzifəsini icra edəcək.
Qeyd edək ki, Pərviz Nərimanov evlidir və üç övladı var.
banner125x125 banner125x125