» » ERMƏNİSTANIN QƏTLƏ YETİRDİYİ MÜLKİ ŞƏXSLƏRİN SAYI ARTDI

ERMƏNİSTANIN QƏTLƏ YETİRDİYİ MÜLKİ ŞƏXSLƏRİN SAYI ARTDI

Müəllif: Səma Zərdablı
//
Tarix: 21 oktyabr 2020
//
Bölmə: Sosial
ERMƏNİSTANIN QƏTLƏ YETİRDİYİ MÜLKİ ŞƏXSLƏRİN SAYI ARTDI


Azərbaycanın Baş Prokurorluğu Ermənistanın Azərbaycanın mülki əhalisinə qarşı hücumları ilə bağlı yeni məlumat yayıb.
Prokurorluğun Mətbuat xidmətindən ONN media -ya verilən məlumata görə, Ermənistan silahlı qüvvələrinin hücumları nəticəsində sentyabrın 27-dən indiyədək 63 mülki şəxs qətlə yetirilib, 292 nəfər isə yaralanıb.
Yararsız vəziyyətə düşmüş mülki obyektlərin sayı 386, çoxmənzilli yaşayış binalarının sayı 90, yaşayış evlərinin sayı isə 1 981-dir.
banner125x125 banner125x125