Daha 24 fərdi yaşayış evi sahiblərinə təqdim edilib - FOTO
Şəki və Oğuz rayonlarında şəhid ailələri və Qarabağ əlillərinə ümumilikdə 24 fərdi yaşayış evi təqdim edilib.
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən verilən məlumata əsasən, Şəkidə 9, Oğuzda 15 fərdi yaşayış evi təqdim edilib.
2020-ci ildə şəhid ailələri və müharibə əlillərinə rekord sayda - azı 1500 mənzil və fərdi ev verilməsi nəzərdə tutulub ki, bu gün təqdim edilən fərdi evlər də daxil olmaqla, onlardan artıq 688 mənzil və fərdi ev (o cümlədən 554 mənzil, 134 fərdi ev) verilib.
Digər evlər, mənzillər də ilin sonunadək veriləcək. Ümumilikdə ötən dövrdə 8276 mənzil və fərdi ev bu kateqoriyadan olan vətəndaşlara təqdim edilib.
[center]
Bənzər xəbərlər:
POPULYAR
SON XƏBƏR
GÜNDƏM
DİGƏR