» » Bir gündə iki oğlunu Şəhid verən ana danışdı - Video

Bir gündə iki oğlunu Şəhid verən ana danışdı - Video

Müəllif: Səma Zərdablı
//
Tarix: 18 noyabr 2020
//
Bölmə: Sosial
Bir gündə iki oğlunu Şəhid verən ana danışdı - Video


Mingəçevirdən olan iki qardaş - Əli və İslam Əhmədovlar II Qarabağ müharibəsində Ağdərə rayonu istiqamətində gedən döyüşlərdə eyni gündə şəhidlik zirvəsinə ucalıblar. “Qafqazinfo” xəbər verir ki, şəhidlərin anası Sevinc Əhmədova “ATV xəbər”ə müsahibəsində bildirib ki, qardaşlar millətini, xalqını çox sevirdi: “İslam həmişə deyirdi ki, ana, mən şəhid olacağam. Həmişə onu deyirdi. Əli də institutu qurtarıb əsgərliyə getdi, sülhməramlıya düşdü. 6 ay Bakıda, 6 ay da Əfqanıstanda qulluq elədi. İslam həmişə deyirdi ki, ana, sən fəxr elə ki, oğullarının ikisi də əsgərlikdə medal alıb gəlib”. Ananın sözlərinə görə, Vətən müharibəsinin ilk günü əvvəl kiçik, bir neçə saat sonra isə böyük oğlunun şəhid xəbərini alıb: Sevinc ana deyib ki, ailə Əlinin toyuna hazırlaşırdı. O, vağzalı çaldırıb gəlin gətirəcəyi günün xəyallarını qurarkən iki oğlunu birdən son mənzilə yola salıb: “İslam subay idi, Əliyə nişan etmişdik. Evi təmir edirdik. Yanvarın 5-də Əlinin ad günü idi, dedik, onda elə toyunu da edərik”.

POPULYAR SON XƏBƏR GÜNDƏM DİGƏR
banner125x125 banner125x125