Ermənilər bu kəndlərdə yaşamaq istəmirlər - Səbəb...
Ermənilər bu kəndlərdə yaşamaq istəmirlər -
Ermənilər Hadrutun Çaylaqqala (Khtsaberd) və Khin Taher kəndlərində yaşamaqdan imtina edirlər.
Qafqazpress.az erməni KİV-nə istinadən xəbər verir ki, həmin kəndlər ordumuzun nəzarət etdiyi ərazilərə yaxın olduğundan ermənilər həmin ərazilərdə yaşamaq istəmədiklərini bildiriblər.
Bu kəndlərin sakinləri hələlik Xankəndi və ətraf ərazidə yerləşəcəklər. Məlumat üçün bildirək ki, Hadrut rayonunun yalnız iki kəndi ermənilərin nəzarətindədir.
Qəsəbənin özü və 45 kənd isə Azərbaycan Ordusunun nəzarətindədir.
Qeyd edək ki, Azərbaycan Rusiya, Ermənistan başçıları - İlham Əliyev, Vladimir Putin, Nikol Paşinyan Qarabağda atəşkəsə dair birgə bəyanat qəbul etdilər. Bəyanata görə, Dağlıq Qarabağda tam bir atəşkəs 10 Noyabrda qüvvəyə minib. Erməni tərəfi bir sıra əraziləri qan tökülmədən azad etməyə razı olub.
Bənzər xəbərlər:
POPULYAR
SON XƏBƏR
GÜNDƏM
DİGƏR