Uşaqların tibbi maska taxması vacibdirmi?
Uşaqlar arasında yeni növ koronavirus (COVID-19) infeksiyasına az rast gəlinsə də, həmin xəstəliyə istənilən yaşda yoluxmaq mümkündür. Elə buna görə də kiçikdən böyüyə hər kəs özünü qorumalıdır. Təəssüf ki, azyaşlılar maskadan düzgün istifadə edə bilmirlər.
Bakı şəhər 4 nömrəli uşaq poliklinikasının həkim-pediatrı Məlahət Qasımova deyib ki, 2 yaşınadək uşaqlar maska taxarkən onlarda boğulma, oksigen çatışmazlığı kimi problem və narahatlıqlar üzə çıxa bilər: "Bununla əlaqədar həmin yaşadək uşaqlar maskadan istifadə etməməlidirlər. Lakin valideynlər uşaqları tünlük yerlərə, insanların çoxluq təşkil etdiyi məkanlara aparmamalıdırlar”.
Həkim-pediatr onu da bildirib ki, 6-11 yaş qrupunda olan uşaqlar insanların çox olduğu məkanlarda mütləq qoruyucu tibbi maska taxmalıdırlar. İnfeksiya geniş yayıldığından azyaşlı uşaqlar virusa yoluxmuş xəstə olan ev və məkanlardan təcrid edilməlidir.
12 yaşınadək uşaqların maska taxması valideynlərin ixtiyarına buraxılıb. Həmin yaşdan yuxarı olan uşaqların isə maska taxması məsləhət görülür. (Azərtac)
Bənzər xəbərlər:
POPULYAR
SON XƏBƏR
GÜNDƏM
DİGƏR