» » Hacı Məmmədovdan xəbər var

Hacı Məmmədovdan xəbər var

Müəllif: Sevinc Novruzova
//
Tarix: 17 aprel 2014
//
Bölmə: Sosial
Hacı Məmmədovdan xəbər var


İşgəncələrə Qarşı Azərbaycan Komitəsinin sədri, hüquq müdafiəçisi Elçin Behbudov və müavini Elçin Şirinov Milli Təhlükəsizlik Nazirliyinin (MTN) istintaq təcridxanasında monitorinq keçiriblər.

Komitə sədri Elçin Behbudov ANS PRESS-ə açıqlamasında, jurnalist Pərviz Həşimliyə, Daxili İşlər Nazirliyinin sabiq şöbə rəisi Hacı Məmmədova, Suriyaya gedən Azərbaycan vətəndaşları və “nurçular” cərəyanın məxsus bir şəxslə görüşdüyünü açıqlayıb:

“Pərviz Həşimlinin vəziyyəti ilə maraqlandım. Onunla görüşə bilmədim. Onu məhkməməyə aparmışdırlar. İstintaq təcridxanasının rəhbərliyi onun aclıq çəkdiyini söylədi. Hacı Məmmədovla maraqlandım. Onun səhətində heç bir problem və şikayəti yox idi. Bundan sonra daha 3 nəfərlə görüşdüm. Onlardan biri Suriyaya gedib vuruşanlardandır. O, əməllərindən çox peşman olduğunu söylədi. Mənə bildirdi ki, Suriyaya gedənlər qayıtsınlar gəlsinlər. Onları aladadıb aparıblar. Nurçulardan biri ilə də görüşdüm. O da evinə 30-40 nəfər adam yığıb, Quran oxuyublar. Düzdü o özünü günahkar bilmədi. Mən də ona bildirdiim ki, camaatı evə yığmaq düzgün deyildi”.



QafqazPRESS.az
banner125x125 banner125x125