» » “28 May”ın taleyi müşkülə düşüb

“28 May”ın taleyi müşkülə düşüb

Müəllif: Sevinc Novruzova
//
Tarix: 25 iyun 2014
//
Bölmə: Təhsil / Sosial
“28 May”ın taleyi müşkülə düşüb



“28 May” stansiyasının əsas girişinin nə vaxt açılacağı dəqiq bilinmir.

Bunu ANS PRESS-ə “Bakı Metropoliteni” QSC-nin mətbuat xidmətinin rəhbəri Nəsimi Paşayev deyib.

Onun sözlərinə görə, hazırda “28 May” stansiyasının əsas girişində təmir işləri davam edir.

“Lakin işlərin nə vaxt yekunlaşacağı barədə dəqiq vaxt deyə bilmərəm” deyə Nəsimi Paşayev bildirib.

Qeyd edək ki, “Bakı Metropoliteni” QSC mart ayında bəyan etmişdi ki, “28 May” stansiyasında təmir işləri demək olar ki, bitib və metrostansiyasının əsas girişi may ayında istismara veriləcək.

“28 May” metrostansiyasının əsas giriş və çıxışı 2013-cü il iyul ayının 1-dən əsaslı rekonstruksiya məqsədi ilə bağlanılıb.



QafqazPRESS.az
banner125x125 banner125x125