YAP-çı deputat məmur xanımlardan yazdı
“Azərbaycanda qadın kadrlardan yüksək səviyyədə istifadə edilməsi siyasəti uğurla həyata keçirilir. İdarəetmə orqanlarında qadın kadrların irəli çəkilməsi ölkə Prezidenti İlham Əliyevin kadr siyasətində daha bir müsbət amil kimi qiymətləndirilməlidir”.
AzVision.az-ın məlumatına görə, bu fikirləri millət vəkili, Yeni Azərbaycan Partiyasının (YAP) Siyasi Şurasının üzvü Aydın Mirzəzadə bildirib.
Deputatın sözlərinə görə, Azərbaycan Prezidentinin Katibliyinin rəisi Dilarə Seyidova, Prezident Administrasiyasının şöbə müdiri Fatma Abdullayevanın işlərinə məsuliyyətlə yanaşmaları həmişə Azərbaycan cəmiyyətinin diqqətində olub.
“Vəzifələrinin adlarını çəkməsəm də Bahar xanım Muradovanın, Südabə xanım Həsənovanın, Sona xanım Salmanovanın, Məleykə xanım Abbaszadənin, Hicran xanım Hüseynovanın, Gülçöhrə xanım Məmmədovanın, Gövhər xanım baxşəliyevanın , Aqiyə xanım Naxçıvanlının, Sevinc xanım Həsənovanın, Xalidə xanım Bayramovanın və minlərlə digərilərinin yaradıcı fəaliyyəti bu gün təkcə məşğul olduqları sahənin insanlarına deyil, bütün Azərbaycan xalqına yaxşı məlumdur.
Azərbaycan xalqı həmişə uğurlu və məsuliyyətli qadın kadrları ilə tanınıb. Qadınlara məxsus səliqəlilik, məsuliyyət, insanlara humanist yanaşma həmişə öz müsbət nəticəsini verib. İşlərinə yaradıcı yanaşma çalışdıqları sahənin qarşısında duran məsələlərin həllinə həmişə təsir edib, cəsarətlə problemlərin həllinə çalışıblar.
Azərbaycan qadınları müdrik Şərqdən gələn xüsusiyyətlərlə həm rəhbər, həm ana, həm həyat yoldaşı rolunu uğurla həyata keçirirlər. Ona görə də onlara inamaq və cəsarətlə irəli çəkmək siyasəti təqdirəlayiqdir. Məsuliyyət və çalışqanlıq onların genetik yaddaşında, cəmiyyətdə qazandıqları yüksək hörmətin əsasındadır”-deyə YAP-çı deputat qeyd edib.
QafqazPRESS.az
Bənzər xəbərlər:
POPULYAR
SON XƏBƏR
GÜNDƏM
DİGƏR