» » 4 güclü qadın - Azərbaycanın xanım rektorları

4 güclü qadın - Azərbaycanın xanım rektorları

Müəllif: Sevinc Novruzova
//
Tarix: 06 may 2014
//
Bölmə: Təhsil / Sosial
4 güclü qadın - Azərbaycanın xanım rektorları



Azərbaycanda kifayət qədər ali təhsil ocağı olsa da, onların əksəriyyətinə kişilər rektorluq edir. Qadın rektorların sayı isə barmaqla sayıla biləcək qədərdir.

Prezident İlham Əliyevin sərəncamı ilə Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinə (ADMİU) yeni qadın rektor təyin olunana qədər ölkədə cəmi 3 qadın universitet rəhbəri var idi.

Onlar Azərbaycan Müəllimlər İnstitutunun rektoru Aqiyə Naxçıvanlı, Azərbaycan Memarlıq və İnşaat Universitetinin rektoru Gülçöhrə Məmmədova və Qərb Universitetinin rektoru Zemfira Məmmədovadır.

Prezidentin məlum sərəncamından sonra isə qadın rektorların sayı 4-ə çatdı.



QafqazPRESS.az
banner125x125 banner125x125